05-02-2017 [13:58]
Təsadüfdür, ya yox, amma belə alınıb ki, Rusiyanın 3 xarici işlər nazirinin uşaqlıq həyatında Qafqaz səhifəsi yazılıb.
1996-98-ci illərdə XİN-ə rəhbərlik etmiş Yevgeni Primakovun uşaqlıq və yeniyetməlik illəri Tiflisdə keçib.
O, memuarında yazır: "Mən Tiflisdə böyümüşəm. Bu ölkəni və şəhəri çox sevirəm. Mənə çox ağırdır ki, təyyarəyə oturub, bir günlüyə ora gedib qayıda bilmirəm. Amma nazir postundan gedən kimi, bunu edəcəyəm”.
Primakov Bakını doğma şəhər hesab edirdi. 1944-cü ildə o, Bakı hərbi dənizçilik məktəbinə daxil olmuşdu. Öz xatirələrində Primakov yazır: "7-ci sinfi bitirəndən sonra anama dedim ki, Bakıdakı məktəbdə oxumaq istəyirəm. Anam məni fikrimdən döndərmək üçün çox çalışdı. Sonra inadımı görüb əl çəkdi. Mən Bakıda 2 çətin sayılan il oxudum. "Pravda” gəmisində praktika keçdim. Bütün çətinlikləri dəf etdiyimi düşündüyüm halda, səhhətimə görə xaric olundum. Məndə vərəmin ilkin mərhələsi aşkar olundu”.
Bakını çox sevdiyini deyən Primakov nədənsə 1990-cı ildə şəhərə sovet ordusunun yeridilməsindən və Azərbaycan xalqına divan tutmaqdan utanmamışdı…
***
2004-cü ildən XİN-ə rəhbərlik edən Tiflis ermənisi Sergey Lavrov da öz Qafqaz mənşəyini gizlətmir. 2005-ci ildə Rus-erməni slavyan universitetində görüşü zamanı tələbələrdən biri ondan soruşmuşdu ki, "erməni köklü olması nazirə işində kömək edirmi?”. Lavrovsa cavabında demişdi: "Mənim köküm gürcüdür. Atam Tiflisdəndir, amma qanım, həqiqətən, erməni qanıdır”.

Foto: gənc Sergey Lavrov
Lavrovun xələfi olmuş İqor İvanov Moskvada anadan olsa da, 7 il Gürcüstanda yaşayıb. Onun anası Eliko (Yelena) Saqiraşvili Pankisi dərəsindəki gürcü kəndinin sakini olub. "Biz 5 nəfər idik: Eliko hamıdan böyük idi. Ən balacaları isə mənəm”-deyə İ. İvanovun dayısı Levan Saqiraşvili bildirib.
Çox çalışqan olan Elikonu oxumağa Moskvaya göndəriblər. Orada o, Sergey İvanovla tanış olub və evlənib: "Onların uşaqları İqor və Nina hər yay mənim yanımda olurdular… Eliko milis mayoru rütbəsinə qədər yüksəldi. O, Moskvanın Sovet rayonunun dövlət avtomobil müfəttişliyinin rəisi olub”.
Elena Saqiraşvili 1982-ci ildə vəfat edib. Orada dəfn olunub. Amma İqor İvanovun atası haqqında isə deyirlər ki, o, Azərbaycanda yaşayıb və burada ölüb. Sənədlərdə İqor İvanovun atası barədə ətraflı yazılmayıb. Yalnız "Sergey İvanov – hərbçi, polkovnik” qeyd olunur.

Foto: Sergey İvanov Saatlı komsomolçuları ilə. 1967-ci il
İ.İvanovun atasının adı Sergey Yemelyanoviç olub.
Bu barədə dəqiq bir məlumat olmasa da, faktlar maraqlıdır. Sergey Yemelyanoviç İvanov uzun müddət Saatlı rayonunda yaşayıb. 1975-ci ildə vəfat edib və rayonda dəfn olunub. Müharibə zamanı S.İvanov dəmir yolunun bərpası işində çalışıb. 1943-cü ildə bu sahə hərbiləşdirilib. S.İvanov dəmir yolu qoşununa keçib və zabit rütbəsi alıb. Azərbaycana gələn İvanov dəmiryolçular üçün tikilən evdə məskunlaşıb. Saatlıda Sergey İvanovun başqa ailəsi olub.
"Mən eşitmişəm ki, onun başqa qadından olan bir oğlu var və o, yüksək dövlət vəzifəsində çalışır. Amma Sergey özü bu barədə heç vaxt danışmayıb. Biz də soruşmamışıq. O, ən çox müharibədən və oxuduğu kitablardan danışırdı. Çox şən və xeyirxah insan idi” – deyə Saatlı sakini Müzəffər Məmmədov deyib.
Yerli sakinlər deyiblər ki, 1960-cı illərdə İqor İvanov Bakıya gələrək atası ilə görüşürdü. Sergey İvanov vəfat edəndə İqor uzaqda idi – SSRİ-nin İspaniyadakı səfirliyinə çalışırdı.
"Mənə qarşı ünvanlanmış "bura daha tez gəlmək lazım idi” tənqidini tam qəbul edirəm. Bunu edə bilməməyimin səbəbini axtarmayacağam”- deyə, İqor İvanov 2 sentyabr 1999-cu ildə Bakıya XİN rəhbəri kimi səfəri zamanı bəyan etmişdi. Onun nəyə işarə etməsi isə indi də müəmmalı qalır.
X. SƏFƏROĞLU, Strateq.az

İqor və Nina valideynləri ilə

Sergey İvanovun Saatlı rayonunda yaşadığı ev
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi