04-02-2017 [12:00]
Qaradağ Rayon İcra Hakimiyyətinin 2016-cı ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 10 yanvar 2017-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Mia.az xəbər verir ki, yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Tağı Tağıyev, Millət vəkili Mixail Zabelin, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Yığıncaqdan öncə tədbirdə iştirak rayon rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Hesabat yığıncağında ilk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 yanvar 2017-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətlərini vurğulayıb.
Qeyd edib ki, Ümummilli Liderin uzaqgörən siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün dünyanın müxtəlif yerlərində müşahidə olunan xoşagəlməz proseslər, siyasi və iqtisadi böhranlar insanların etirazları ilə qarşılanır. Lakin ölkəmizin sağlam təməllər üzərində qurulan iqtisadi inkişafı təhlükəsiz şəraitdə yaşamağımızın qarantıdır. Qeyd olunmuşdur ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır, sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanın iqtisadi inkişaf modeli bir çox ölkələr üçün nümunə ola bilər.
Məruzə nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov daha sonra bildirmişdir ki, qazanılan hər bir uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunmuşdur. Məhz ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Qaradağ rayonunda bir çox mühüm obyektlərin inşası uğurla başa çatdırılıb.
Bunun bariz nümunəsi kimi ötən il ərzində ölkə başçısı İlham Əliyevin Qaradağ rayonuna 3 dəfə səfər etdiyini göstərmək olar. Belə ki, ölkə baççısının "Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodunun açılış mərasimində, Gəmiqayırma zavodunda "Üfüq”, "Zəfər” və "Turan” sərnişin gəmilərinin istismara verilməsi tədbirində və Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda "Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirakı hesabat ilinin ən yaddaqalan hadisələrindən olub.
2016-cı ilin yekunları haqqında geniş məruzə nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov bildirdi ki, rayon üzrə 669,14 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, rayon sənayesində qeyri dövlət müəssisələri tərəfindən 397,45 milyon manatlıq, dövlət müəssisələri tərəfindən isə 302 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş, istehlakçılara 815 milyon manatlıq məhsul göndərilmişdir. Neft və qaz sənayesi müəssisələrində 536,6 min ton xam neft və 620 milyon kub metr təbii qaz hasil olunmuşdur. Rayonun sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 174 milyon 394 min manat investisiyadan istifadə edilib.
Rayon üzrə 1,5 milyon ton sement, 78 min ton mişar daşı istehsal edilmişdir. Ötən il ərzində rabitə xidmətlərinin həcmi 2,7 milyon manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsi 2,6 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər isə 118 milyon manat olmuşdur.
2016-ci ildə avtomobil nəqliyyatında fəaliyyət göstərən müəssisələr tərəfindən 71,4 milyon manatlıq xidmətlər göstərilib.
Sevindirici haldır ki, bütövlükdə hesabat ilinin əvvəlindən rayonumuzda 2088 yeni iş yeri açılmışdır ki, bunun 1689-u fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərdədir. Ötən il ərzində rayonumuzda orta aylıq nominal əmək haqqı 17,5 faiz artaraq 972,6 manat olmuşdur.
Hesabat ilində rayonun 1228 aztəminatlı ailəsinə ümumilikdə 2 milyon 586 min manat ünvanlı sosial yardım verilmişdir. Əhalinin aztəminatlı təbəqələrinə müxtəlif təqaüdlər də ödənilmişdir.
Artıq iki ildir ki, fəaliyyətdə olan "ASAN xidmət” regionlardakı əhaliyə səyyar formada xidmətlər göstərir. Hesabat ilində Qaradağ rayonunun Lökbatan, Sahil, Qobustan, Ələt və Müşviqabad qəsəbələrində 10 min nəfərdən çox rayon əhalisinə səyyar "ASAN xidmət" göstərilib.
Rayonun Sanqaçal qəsəbəsi ərazisində Neft-Qaz və Neft-Kimya Kompleksinin salınması üçün ümumi sahəsi 3850 hektar olmaqla, Qaradağ rayon ərazisindən 1875 hektar torpaq sahəsi ayrılmışdır. Kompleksin tikintisinə təxminən 7 milyard ABŞ dolları vəsait xərclənəcək. Tikinti işləri zamanı ərazidə 30 min, istehsal prosesində isə 15 mindən çox vətəndaş işlə təmin olunacaqdır.
Məruzə ətrafında Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Yusif Nəsibov, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Əkbər Kərimov, Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin Məhərrəm Məhərrəmov , zalda quraşdırılmış mikrofonlardan Qızıldaş qəsəbə sakini Sərdar Hacıyev, sakin Atakişi Cəfərov çıxış edərək rayon İcra hakimiyyətinin 2016-cı ildəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildirdilər.
İclasda iştirak edən Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ölkədə gedən iqtisadi islahatlardan, ölkə başçısı cənab Prezidentin son zamanlar devalvasiya ilə əlaqədar imzaladığı ardıcıl sərəncamları və verdiyi fərmanları geniş təhlil etdi.
Milli Məclisin deputatı Mixail Zabelin çıxış edərək əldə olunan uğurları yüksək dəyərləndirdi, Qaradağ rayonunda olan multikultar dəyərlərdən, ötən il keçirilmiş tədbirlərdən geniş söz açdı.
Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev respublikamızın 2016-ci ildə əldə etdiyi sosial-iqtisadi inkişafdan danışmış, ölkə üzrə statistik məlumatları iclas iştirakçılarının nəzərinə çatdırmışdır.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilib.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.
Hesabat yığıncağını yekun sözü ilə bitirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Prezidenyə dərin minnətdarlığını bildirib və rayon ictimaiyyətinə ölkə başçısı İlham Əliyevin verdiyi tapşırıqların, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafını təmin edilməsi üçün tapşırıqlarını verib.













Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi