Keçmiş SSRİ ölkələrinin çempionatı keçiriləcək? - “İzvestiya” AFFA-nın 1.5 milyonluq təklifindən yazdı

img

30-01-2017 [17:59]


AFFA ötən il dayandırılan "Birlik kuboku” yarışının bərpası və Azərbaycanda keçirilməsi üçün Rusiya Futbol İttifaqına (RFİ) müraciət edib.

Qol.az-ın xəbərinə görə, bu haqda "İzvestiya” qəzeti məlumat yayıb. Məlumatda bildirilib ki, AFFA-nın mətbuat xidməti qəzetin sorğusuna cavabda belə bir müraciətin olduğunu təsdiqləyib. Əgər RFİ razılıq versə, yarışda keçmiş SSRİ ölkələrinin çempionları iştirak edəcək.

Qəzet öz mənbələrinə istinadən yazıb ki, Azərbaycanda keçirilməsi nəzərdə tutulan yarışın mükafat fondu 1.5 milyon avro olacaq. Bu vəsaitin Rusiya, Ukrayna, Belarus, Moldova, Özbəkistan və digər MDB ölkələrin çempionlarını yarışda iştiraka həvəsləndirmək üçün ayıracağı qeyd edilib.

Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko də qəzetə açıqlamasında yarışın keçirilməsi üçün "azərbaycanlı həmkarlarından maraqlı təklif aldığını deyib”.

Xatırladaq ki, keçmiş SSRİ ölkələrinin çempionları arasında 1993-cü ildə təşkil edilib və 2012-ci ilə qədər yarışda klublar iştirak edib. 2012-2016-cı illərdə isə "Birlik kuboku" U-21 millilərinin iştirakı ilə keçirilib. Yarışa maraq azaldığından ötən turnirin keçirilməsi dayandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA