“Qarabağ”la “Neftçi” bu gün meydana çıxdı - Nəticə

img

29-01-2017 [21:22]


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında "Qarabağ”la "Neftçi” qarşılaşıb.

Mia.az xəbər verir ki, Ağdamın "Qarabağ” klubu ən yaxın izləyicisi "Qəbələ”nin xal itirməsindən yararlana bilməyib. Çempionatın lideri Azərbaycan futbolunun flaqmanı ilə heç-heçə edib – 1:1. 

"Neftçi”nin heyətində Cavid İmamverdiyev birinci hissədə hesabı açıb. "Qarabağ”ın Cənubi Afrika Respublikasından olan hücumçusu D.Ndlovu on bir metrlik cərimə zərbəsindən bərabərlik qolunu vurub.

On beş turdan sonra "Qarabağ” 33 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. 

"Qəbələ” 32 xalla ikinci, "İnter” isə 28 xalla üçüncüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA