28-01-2017 [15:00]
«Bir vaxtlar hakimiyyətə gəlmək istəyən Fərhad Əliyev və qardaşı yenidən dövlət çevrilişi etməyə hazırlaşırlar».
Bu fikirləri Mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevi səsləndirib.
O bildirib ki, Fərhad Əliyev hazırda xaricdə bu istiqamətdə müəyyən fəaliyyətlərə başlayıb:
«Məndə olan məlumata görə, onlar radikal müxalifətin nəzarətində olan "Turan” televiziyasının maliyyələşdirilməsini tam üzərilərinə götürüblər.
Bilirsiniz ki, Fərhad Əliyev həbs ediləndə onun hüquqları müdafiə komitəsinin təşkilatçısı və sədri Cəmil Həsənli idi. Mənə ciddi məlumatlar çatıb ki, Fərhad Əliyev Cəmil Həsənli və anti-İlham Əliyev koalisiyasının üzvləri olan şəxslərlə görüşüb.
Həmin görüşdə belə bir qənaətə gəliblər ki, Fərhad Əliyev Azərbaycana qayıtsın və Azərbaycanda hakimiyyətinin müəyyən qanadlarına sirayət eləsin. Bu gün hakimiyyətdəki artıq tamahlılar, dövlət başçısına xəyanət edən qüvvələr Fərhad Əliyevə himayədarlıq edirlər. Onun min bir xəyanətlə ələ keçirdiyi sərvətini geri qaytarırlar, İçərişəhərdəki ofisini öznünə veriblər.
İndi də Sumqayıtda böyük yağ zavodunun tikintisinə başlayıblar. Belə qərara gəliblər ki, hakimiyyətin öz daxilindən zərbə vursunlar. Bununla yanaşı, Azərbaycandakı radikal müxalifətlə, Milli Şura, Cəmil Həsənli və Əli Kərimli ilə birləşib ölkədə dövlət çevrilişi etməyə çalışırlar. Onlar da xalqı səfərbər edib, dövlətin üzərinə qaldırmaq istəyirlər. Burada bir sual ortaya çıxır. Əgər Fərhad Əliyev yaxşı idisə, niyə doqquz il həbsdə saxladılar? İlham Əliyevə xəyanət edənlər, erməniləri Azərbaycana gətirənlər, dövlətə xəyanət edən Fərhad Əliyevi Azərbaycana gətirib Əli Kərimli ilə görüşdülərənlərin məqsədi nədir? Bunların hamısının üstü açılmalıdır».
Partiya sədri hakimiyyətdəki anti-İlham Əliyev koalisiyasının üzvlərinə xəbərdarlıq edib.
«Fərhad Əliyevi ölkəyə gətirib aranı qarışdırmaq istəyənlərə sözüm odur ki, ağıllı olsunlar. Mən hazırda xaricdəyəm, ölkəyə qayıdandan sonra qardaşımla görüşəcəm. Fərhad Əliyevin dövlət çevrilişi planının detalları barədə məlumat verəcəyəm.
Onu deyim ki, bu gün İlham Əliyevin əleyhinə aparılan kampaniyanın arxasında Fərhad Əliyev və onun çirkli pulları dayanır. Zakir Qaralov "Real”çılara cinayət işi açır ki, səfirin müavini ilə görüşüblər. Onda sual ortaya çıxır. Hörmətli baş prokuror Fərhad Əliyevin dövlət çevrilişi etməkdən ötrü hansı işlərlə məşğul olması niyə araşdırılmır? Fərhad Əliyevi dindirin görək, hansı dövlətin sifarişi ilə bu işləri görür? Hansı pulun hesabına Sumqayıtda qiyməti milyardlarla ölçülən zavod tikdirir?
Ölkədə məsul vəzifələr müxalif fikirli adamların əlinə keçib. Bu günlərdə öyrəndim ki, Rəhim Qazıyevin köməkçisi hava limanında məsul vəzifədə çalışır. Bütün bunlar onu göstərir ki, artıq bəzi qüvvələr hazırlıqlarını görüblər və hər an ölkədə çaxnaşma yarada bilərlər. Onların hamısı Fərhad Əliyevin başında toplaşıb.
Turan TV-yə də, Qərb mətbuatına da İlham Əliyevin əleyhinə olan yalançı məlumatları o özü ötürür. O, bir sıra səfirlərlə də görüşlər aparır ki, dövlət çevrilişi planı daha yaxşı işləsin. Amma yenə də deyirəm ki, ağlınızı başınıza yığın, sakit yerinizdə oturun.
Hesab edirəm ki, Fərhad Əliyev həbs edilməlidir, onun prezidentə mələk kimi təqdim edənlər də onun ardınca getməlidir. Bu barədə ciddi ölçü götürülməsə, özüm mitinq keçirib hakimiyyətdəki xəyanətkar məmurları ifşa edəcəyəm», - deyə partiya sədri fikrini tamamlayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi