"Pulu olmasaydı, Antalyaya getməzdi" - Ramin Musayev

img

27-01-2017 [23:21]


Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Beynəlxalq Bankının Bakının "İnter” klubuna sponsorluğunu dayandırmasına qısa münasibət bildirib.

O,  deyib ki, PFL-ə bu məsələ ilə bağlı rəsmi müraciət daxil olmadığında fikir bildirmək istəmir: "Amma onu deyim ki, "İnter”in pulu olmasaydı, Antalyaya hazırlığa getməzdi. Hər halda Türkiyə səfərinə xeyli vəsait xərclənir”.

Qeyd edək ki, bu gün "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti "İnter” Peşəkar İdman Klubuna bank tərəfindən sponsorluğun dayandırılmasına qərar verib. Bankın İdarə Heyətinin sədri Xalid Əhədov bildirib ki, klub sponsor üçün açıq elan olunur: "Kluba sponsorluq etmək istəyənlər bununla bağlı AFFA-ya müraciət edə bilər".

Qol.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA