24-01-2017 [14:36]
Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər sakini Ramil Həziyevə məxsus maşını qanunsuz olaraq cərimələyiblər.
Mia.az xəbər verir ki, bu barədə BakiPost.az-a R. Həziyev özü məlumat verib. Bildirib ki, polislər onun maşınını heç bir protokol tərtib etmədən, dayanacaqdan aparıblar: "2016-ci ilin dekabrın 24-də yaxın dostumun mənə müvəqqəti idarə etmək üçün verdiyi VAZ 2121 Niva markalı avtomobili işlədiyim dükanın yanında olan dayanacağa qoyub işimlə məşğul idim. Bu zaman Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşı Şəmşir Kərimov dükana daxil olaraq məndən maşının açarlarını verməyimi tələb etdi. Mən açarları niyə istədiyini soruşduqda Şəmşir Kərimov maşına baxış keçirmək istədiyini bildirdi. Ona mənimlə birgə maşına baxış keçirməli olduğunu söylədim. Amma o mənə təhqiramiz ifadə işlədərək zorla açarı əlimdən aldı. Daha sonra Şəmşir Kərimov Masallı rayon İcra Hakimiyyətinin qarşısındakı dayanacaqda olan maşını sürüb getdi. İşimi bitirdikdən sonra Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə getdim.
Şəmşir Kərimovun özü də orda idi. Mən ondan avtomobili hansı səbəbdən cərimə meydançasına aparmasını soruşduqda, o mənə kobud şəkildə "əcəb etmişəm, istədiyimi etmək hüququna malikəm” deyə cavab verdi”.
Ramil Həziyev qeyd edib ki, bölmənin digər əməkdaşı Məmməd Həşimov ondan 1100 manat rüşvət istəyib:"Maşının hansı səbəbdən bölməyə gətirilməsini öyrənmək üçün bölmənin əməkdaşı Məmməd Həşimovun otağına daxil oldum. Amma həmin vaxt Məmməd Həşimov içkili vəziyyətdə idi. Hətta xidmət otağında spirt iyi kəskin dərəcədə hiss olunmaqda idi. Mən ona maşınımın cərimə meydançasına gətirilməsi barədə protokol tərtib olunmasını, həmin protokolla tanış olmaq hüququmun olduğunu bildirdim. Məmməd Həşimov əgər lazım olarsa protokol tərtib olunacağını dedi və hətta məndən şəxsən özü 1100 manat pul istədi. Həmin vaxt Şəmşir Kərimov da onun otağında idi. Mən əvvəl bunun cərimə olduğunu zənn etdim və ondan hansı hesaba ödəməli olduğumu soruşduqda isə Məmməd Həşimov mənə "elə bil sən Azərbaycanda yaşamırsan” dedi. Mən anladım ki, onlar həmin pulu özləri üçün istəyirlər və bu səbəbdən Şəmşir Kərimov maşını aparan zaman heç bir protokol tərtib etməyib. Məmməd Həşimov maşının üzərində olan nömrənin qanunsuz olduğunu söylədi. Maşının mənim olmadığını və müvəqqəti istifadə etmək üçün verildiyini dedim. Amma yenə də o, bunun ona aid olmadığını bildirməklə 1100 manat tələb etdi. Onlara istədikləri pulu vermək imkanımın olmadığını dedikdə Şəmşir Kərimov "get tap, burda durub nə başımızı xarab edirsən” deyə cavab verdi”.
Zərərçəkənin bildirdiyinə görə, M. Həşimov istədiyi rüşvəti verməsi üçün ona dəfələrlə xəbər göndərib:"Məmməd Həşimov müxtəlif vaxtlarda mənə xəbərlər göndərərək, pulu tələb etməyə başladı. Daha sonra mənə 2017 ci ilin yanvarın 6-da tərtib edilmiş protokol göndərildi. Halbuki maşın 2016-ci ilin dekabrın 24-də cərimə meydançasına aparılıb. Özü də, protokol guya, maşına əlavə avadanlıqlar quraşdırıldığı üçün tərtib olunub. Mən ailəmi də fərdi əməklə qazandığım pulla saxlayıram. Mən 1100 manat pulu haradan tapım ki, Məmməd Həşimov və Şəmşir Kərimova rüşvət verərək maşını cərimə meydançasından çıxartdırım. Axı belə biabırçılıq olmaz. Hər iki şəxs öz keflərində və açıq şəkildə soyğunçuluqla məşğul olurlar. Şəmşir Kərimovun özü bütün maşınları saxlayaraq, onlardan rüşvət alıb maşını buraxır(Bununla bağlı şikayətçinin təqdim etdiyi videonu təqdim yazının sonunda təqdim edirik – red.).
Şəxs haqqını tələb etdikdə isə avtomobili cərimə meydançasına aparır. Bu cür qanunsuzluq və biabırçılıq Masallı şəhərində tüğyan edir”.
Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin inspektoru Şəmşir Kərimov isə BakiPost.az-a açıqlamasında Ramil Həziyevin dedikləri ilə razılaşmadığını vurğulayıb:"Həmin şəxs başqasına məxsus nömrəni "Niva” markalı maşına vurub. Həmin maşın da radara düşüb. Maşınına vurduğu nömrənin sahibi isə Lerikdəndir. Maşın da radara düşdüyü üçün cərimə Lerik sakininə göndərilib. O da nömrəsi ilə hansısa maşının Masallıda sürülməsinə görə Masallı Şəhər Polis Bölməsinə şikayət edib. Hazırda həmin şikayət bizdə var. Bu səbəbdən maşın cərimə meydançasındadır. 150 manat məbləğində də cərimə yazılıb. Həmin nömrənin əlavə başqa cərimələri də var”. Şəmşir Kərimov bildirib ki, Ramil Həziyevin idarə etdiyi Niva bank maşınıdır: "Etibarnaməsiz maşındır. Həmçinin maşının üstünə başqa avtomobilə məxsus başqa nömrəni vurub. Ona görə maşın hərəkətdən kənarlaşdırılaraq cərimə yazılıb. Onlar barəsində protokolda yazılıb. Hazırda o məsələ Lerikdə araşdırılır”.
Qeyd edək ki, Ramil Həziyev Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının bu qanunsuz əməlləri ilə bağlı prezident İlham Əliyevə də ərizə ilə müraciət edib.



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi