23-01-2017 [21:23]
Azərbaycanda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının növbəti toplantısı keçirilib.
Toplantıda Platforma üzvü olan QHT-lər, Açıq Hökumət Tərəfdaşlığının Azərbaycan üzrə əlaqələndiricisi, deputat Vüsal Hüseynov, Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov iştirak ediblər.
Platformanın koordinatoru Əliməmməd Nuriyev Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünə qoşulan ölkələrin 4-cü qlobal, Paris sammiti barədə məlumat verib. Onun sözlərinə görə, sammitdə o və digər Platforma üzvləri – Avrasiya Əməkdaşlıq Fondunun icraçı direktoru Nailə Həşimova, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayıl iştirak edib.
Ə.Nuriyev bildirib ki, Paris sammitində Azərbaycan nümayəndələrinin təşəbbüsü nəticəsində Açıq Hökumət Tərəfdaşlığı Platformasında Vətəndaş Cəmiyyəti İştirakçılığı üzrə Direktoru Paul Maassen, Təbii Resurslar İdarəetmə İnstitutunun nümayəndəsi xanım Suneeta Kaimal və İnkişaf üçün Nəticələr təşkilatının nümayəndəsi cənab Nathaniel Heller ilə görüş keçirilib: "Görüşdə Azərbaycanda Açıq Hökumət təşəbbüsləri, Platformanın fəaliyyəti, Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı müzakirələr aparılıb. Platformanın yaradılması və formatı maraqla qarşılanıb. Platformanın strukturu, üzvlüyə qəbul məsələləri ilə bağlı suallar verilib. AHT üzrə beynəlxalq tərəfdaşlara bildirilib ki, Platformanın strukturu ilə bağlı müvafiq sənədlər hazırlanıb, yaxın zamanlarda qəbul ediləcək".
Ə. Nuriyev bir daha vurğulayıb ki, Platformaya üzvlük açıqdır və əməkdaşlıq imkanları hamı üçün təqdim olunur.
Toplantıda AR "Nazirlər Kabinetinin "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"nda dəyişikliklər edilməsi barədə" qərarı və vətəndaş cəmiyyəti qarşısında duran vəzifələrlə bağlı da müzakirələr aparılıb.
Bu məsələnin müzakirəsi zamanı Ə.Nuriyev bildirib ki, qrant müqavilələrinin qeydə alınması ilə bağlı qaydalarda edilmiş dəyişikliklərdə Platformanın təklifləri nəzərə alınıb: "Qrant müqavilələrinin qeydiyyatına süni manəelər və bürokratiya yarada bilən bir çox tələbləri ləğv edir və qeydiyyat prosedurunu asanlaşdırır. Qrant müqavilələrinin qeydə alınması üçün təqdim olunacaq sənədlərin dairəsi xeyli dərəcədə azaldılır, bir sıra sənədlərin notarial qaydada təqdim edilməsi ləğv edilir, qrant müqaviləsinin mahiyyəti (predmeti) xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşıyırsa, bu halda həmin müqavilə xidmət müqaviləsi kimi qeydiyyata alınır, qrant müqavilələrinin (qərarlarının) qeydiyyat üçün təqdim edilməsi və baxılması müddətləri artırılır. Bütün bunlar qrant müqavilələrinin qeydiyyatı sahəsində hüquqi mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”.
O, növbəti həftə qrant vermək hüququnun əldə edilməsi ilə bağlı qaydalarda dəyişikliklərlə bağlı qərar veriləcəyini diqqətə çatdırıb. Koordinatorun sözlərinə görə, QHT-ləri üçün yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi davam etdiriləcək.
Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov isə qeyd edib ki, mövcud qanunvericiliyin tələbləri çərçivəsində dəyişikliklər hazırlanan zaman QHT-ləri narahat edən məsələlər maksimum nəzərə alınıb.
"Hüquq və İnkişaf” İB-nin sədri Hafiz Həsənov dəyişikliklərlə bağlı müsbət məqamları vurğulamaqla yanaşı, QHT-ləri narahat edən məsələləri də diqqətə çatdırıb, Platformanın təkliflər hazırladığını və müvafiq dövlət strukturlarına təqdim edildiyini xatırladıb. H.Həsənov eyni zamanda Vergilər Məcəlləsinə edilən son dəyişikliklərin QHT-lərin fəaliyyətinə hansı formada təsir edəcəyinin qeyri-müəyyən qaldığını və bir sıra məqamların ciddi müzakirəsinə ehtiyac olduğunu vurğulayıb.
Platformanın əksər üzvləri bu məsələlər və QHT-ləri narahat edən digər problemlərin həlli ilə bağlı fikirlərini və təkliflərini bildiriblər.
Platforma üzvləri Platformanın Əsasnamə layihəsini müzakirə ediblər. Əsasnamə layihəsi ilə bağlı təkliflər səslənib. Təkliflər nəzərə alınmaqla Platformanın Əsasnaməsi qəbul edilib.
Açıq Hökumət Tərəfdaşlığının Azərbaycan üzrə əlaqələndiricisi, millət vəkili Vüsal Hüseynov müzakirə olunan məsələlər, QHT-lərin qaldırdıqları problemlər və Əsanamə layihəsi ilə bağlı fikirlərini bölüşüb.
Müzakirələr zamanı qərara alınıb ki, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişikliklərlə bağlı Platformanın təklifləri yenidən nəzərdən keçirilərək, ümumiləşdirilsin və müvafiq dövlət qurumlarına bir daha təqdim edilsin.
Ə. Nuriyev bu məsələlərin müzakirəsi üçün Vergilər Nazirliyi rəhbərliyi ilə görüş keçirilməsini təklif edib. Platforma üzvləri bu görüşün keçirilməsi üçün təşkilati-texniki işlərin görülməsini koordinatora həvalə edib.
Platforma üzvlərinin milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri ilə bağlı hazırlanmış strateji yol xəritələri ilə bağlı müzakirələrin aparılması üçün AR Prezidentinin İqtisadi İslahatlar üzrə köməkçisi xidməti ilə görüş keçirilməsi də qərara alınıb.
Ə.Nuriyev Platformanın Azərbaycan və İngilis dillərində saytının hazırlandığını və yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb. Platforma koordinatoru saytın formatı və məzmunu ilə bağlı təkliflər verilməsini xahiş edib.
O, Platformanın loqosunun hazırlanması üçün elan veriləcəyi, Platformanın elektron bülletenlərinin hazırlanacağını da diqqətə çatdırıb.




Strateq.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi