“Erməni kimi cavab verdi...” - ATV-dən Sergey Lavrova ağır sözlər(VİDEO)

img

22-01-2017 [22:58]


ATV-də yayımlanan "Həftə sonu" verilişində Rusiyanın Xarici işlər naziriSergey Lavrovkəskin tənqid edilib.

"İmperiya nostaljisi, imperialist bəyanat" adlanan süjetdə Rusiya haqda tənqidi fikirlər səslənib.

Qeyd olunub ki, Lavrov özünü Rusiyanın deyil, Ermənistanın xarici işlər naziri kimi aparıb və o bu cür sərsəm bəyanat verməli deyildi. Eyni zamanda, telekanal azərbaycanlı jurnalistin də sualının haqlı və məntiqli olduğunu vurğulayıb.

Süjetdə həmçinin Azərbaycanın Xarici İşlər Nazirliyinin cavabı da birmənalı qarşılanmayıb.

Aparıcı Vaqif Aydınoğlu qeyd edib ki, XİN-in Rusiyaya verdiyi cavab cavabdan çox, reaksiyaya oxşayıb.



(azxeber.com)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA