21-01-2017 [17:28]
Bu gün Əlahiddə Çevik Polis Alayında 2016-cı il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Mia.az DİN-ə istinadən xəbər evrir ki, tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Müşavirəni açan nazir Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə quruculuq işlərinin uğurla davam etdiyini, dünyadakı gərgin siyasi və iqtisadi vəziyyətə, yeni münaqişə ocaqlarının yaranmasına baxmayaraq, ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, bu proseslərdə yaxından iştirak edən Daxili İşlər Nazirliyi tərəfindən respublikada ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu xatırladıb. Həyata keçirilən kompleks tədbirlərin müsbət nəticələr verdiyini, kriminogen durumun nəzarətdə saxlanıldığını, görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdıran nazir hüquq-mühafizə orqanlarının birgə fəaliyyətinin ölkədə əmin-amanlığın təmin edilməsini və davamlı olmasını şərtləndirən əsas amillərdən biri olduğunu bildirib.
Qeyd olunub ki, əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də cinayətlərin dinamikasında müsbət təmayüllər qeydə alınıb, cinayətlərin açılması, axtarışda olan şəxslərin tutulması yaxşılaşıb, mütəşəkkil cinayətkarlığa, insan alverinə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə güclənib, qanunçuluğun möhkəmlənməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində müsbət nəticələr əldə edilib.
Ötən ildə görülmüş işlər və əldə olunmuş nəticələr, həmçinin qarşıda duran vəzifələr barədə Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev məruzə ilə çıxış edib. O deyib ki, Alayın patrul bölüklərinin xidmət apardığı paytaxtın küçə və prospektlərində hesabat dövründə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, cinayətlərin və digər hüquqpozmaların aşkarlanması və vaxtında qarşısının alınması üçün kompleks tədbirlər müəyyən edilərək həyata keçirilib.

Bakı şəhər Baş Polis İdarəsi ilə razılaşdırılmış vahid dislokasiya planına uyğun olaraq post və marşrutlarda 28.292 nəfər, o cümlədən müxtəlif cinayətlər törətmiş 804, inzibati xətalara yol vermiş 27.488 şəxs saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülüb. Hüquqazidd əməllərə yol verdiyinə görə saxlanılanlardan 268-i xuliqanlıq, 211-i oğurluq, 25-i soyğunçuluq, 65-i dələduzluq, 96-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, 28-i digər cinayət törədənlər, 111-i isə axtarışda olanlardır. Eyni zamanda, məişət səs-küyünə yol verən 1.240, qanunla müəyyən edilməmiş yerlərdə küçə ticarəti ilə məşğul olan 4.506, digər inzibati xətalara görə 15.217 nəfər müəyyən edilərək aidiyyəti polis orqanlarına təhvil verilib. 2015-ci illə müqayisədə aşkarlanan cinayətlərin və inzibati xətaların sayı 890 fakt və ya 3.2 faiz çox olub.
Onu da qeyd etmək yerinə düşər ki, daxili işlər orqanları üzrə təşkil olunan idman yarışlarında əldə edilən uğurlar ötən il də davam etdirilib, sərbəst güləş, estafet qaçışı, silahsız özünü müdafiə, sambo, cudo üzrə Alayın komandaları müxtəlif turnirlərin qalibi olub.
Bununla yanaşı, ayrı-ayrı əməkdaşlar beynəlxalq yarışlarda yüksək nəticələr əldə ediblər. Belə ki, polis serjantı Səbuhi Şükürov karatenin "Şotokan” növü üzrə Avropa çempionatında, polis serjantı Mirağa Quliyev idmanın "Budo” növü üzrə Avrasiya çempionatında, polis serjantı Natiq Eminov «Juboksinq Jutsu» üzrə dünya kubokunda, polis serjantı Eldəniz Xəlilov "Hap Ki Do” üzrə dünya çempionatında, polis serjantı İbrahim Məmmədov kiqboksinq üzrə dünya çempionatında ən yüksək pilləni tutublar. Sonuncu əməkdaşımız həmçinin, kiqboksinq idman növünün "K-1” versiyası üzrə dünya kəmərinin sahibi olub. İdman yarışlarında qadınlarımız da fərqlənib. Bakı şəhərində keçirilən cudo üzrə dünya kubokunda polis serjantı Nuriyyə Axundova 1-ci yerə layiq görülüb.
Qeyd olunub ki, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətində tədbirlər davamlı olub, gənc əməkdaşların xidmətdə möhkəmlənməsi, praktiki iş vərdişlərinə tam yiyələnməsi üçün lazımi şərait yaradılıb.
O da bildirilib ki, DİN rəhbərliyinin Əlahiddə Çevik Polis Alayına göstərdiyi gündəlik diqqət və qayğı, onun inkişafı üçün qəbul edilən qərarlar əməkdaşlar tərəfindən dərin minnətdarlıqla qarşılanır. Ümumən xalqa xidmət funksiyalarının səmərəli yerinə yetirilməsi, insan hüquq və azadlıqlarına ciddi riayət olunması, peşə və döyüş hazırlığı səviyyəssinin durmadan yüksəldilməsi, əməkdaşlara diqqət və qayğı göstərilməsi kimi vəzifələrin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Müşavirəyə yekun vuran daxili işlər naziri şəxsi heyətin ötən hesabat ilindəki fəaliyyətinın yekunlarını müsbət qiymətləndirib, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən, onların həlli yollarından danışıb.
General-polkovnik Ramil Usubov Alay rəhbərliyindən əməkdaşların xidməti, döyüş və mənəvi-psixoloji hazırlığın yüksəldilməsi işinin ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsini, xidmətqabağı təlimatlandırmalarda əməkdaşların zahiri görünüşünə, geyim formasını daşıma qaydalarına riayət etmələrinə diqqət yetirilməsini, eyni zamanda, əməkdaşların qanunla müəyyənləşdirilmiş vəzifə, funksiya və hüquqlarını dərindən öyrənilməsini tələb edib.
Kütləvi tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsində Alayın böyük təcrübəsi olduğunu xatırladan nazir cari ildə Bakı şəhərində "IV İslam Həmrəyliyi Oyunları” və "2017 Formula-1 Azərbaycan Qran Pri”si kimi beynəlxalq əhəmiyyətli idman yarışlarının keçiriləcəyini, bu və digər kütləvi, mədəni tədbirlər dövründə qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb, bu qurumun xidməti fəaliyyətinin respublikanın bütün ərazisini əhatə etməsi baxımından post-patrul naryadlarının daim ayıq-sayıq olmasının, cinayət və hadisələrin dinamikasının mütəmadi izlənilməsinin, peşəkarlığın artırılması məqsədilə müvafiq təlim-məşqlərin keçirilməsinin zəruriliyini bildirib.
Qeyd olunub ki, polisin qanunla müəyyən edilmiş vəzifələrindən biri də həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxsə kömək göstərməkdir. Bu məsələdə yaxşı nümunələrin sayının çox olduğuna, insanlara həssas münasibətin və qayğının həmişə minnətdarlıqla qarşılandığına, bunun polisin nüfuzunu daha da yüksəltdiyinə diqqəti çəkən cənab Ramil Usubov vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməsinin, şəxsi heyətin döyüş hazırlığının artırılmasının, sosial-məişət problemlərinin, əməkdaşların qarşılaşdıqları çətinliklərin həllinə önəm verilməsinin əhəmiyyətindən danışıb. Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığı, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğu da vurğulanıb.
Daxili işlər naziri Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevi əmin edib ki, Əlahiddə Çevik Polis Alayının əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaqlar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi