2020-ci il Avropa çempionatınnın loqotipinin təqdimat mərasimi keçirilib - Sankt-Peterburqda

img

20-01-2017 [00:52]


 Rusiyanın Sankt-Peterburq şəhərində futbol üzrə 2020-ci il Avropa çempionatınnın loqotipinin təqdimat mərasimi keçirilib. 

Mərasimdə UEFA prezidenti Aleksandr Çeferin və Rusiya Futbol İttifaqının prezidenti Vitaliy Mutko da iştirak ediblər. 

Mərasimə həmçinin Şimal paytaxtının qubernatoru Georgiy Poltavçenko, əfsanəvi sovet futbolçuları, şəhərin idmançıları və sakinləri də qatılıblar.

Loqonun əsas hissəsini körpü təşkil edir.

Qeyd edək ki, AVRO-2020 Avropanın 13 şəhərində keçiriləcək. Futbol azarkeşləri Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Münhen (Almaniya), Brüssel (Belçika), Amsterdam (Hollandiya), Kopenhagen (Danimarka), Roma (İtaliya), Bilbao (İspaniya), Dublin (İrlandiya), London (İngiltərə) və Qlazqoda (Şotlandiya) bir araya gələcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA