"Yaxşı ki, siz onu görmədiniz, yoxsa..." - Hacıbala Abutalıbovdan gündəm yaradan açıqlamalar (VİDEO)

img

18-01-2017 [21:34]


"Yağış zamanı Binəqədidə müəyyən gölməçələr yarandı. Onu da iki-üç gün ərzində yox eləyə bildik".

Bu sözləri ATV-Xəbərə açıqlamasında Bakı meri Hacıbala Abutalıbov deyib.

O, hadisəni işıqlandıran jurnalistlərə məsləhət də verib:

"Bilin ki, fövqəladə hadisə vaxtı fövqəladə hadisə baş verər. Ona görə bizə də 2-3 gün vaxt verin. Amma siz jurnalistlər yağış başlayan kimi elə kiçik gölməçəni görüb deyirsiz ki, Bakını tamamilə su basıb. 

Yaxşı oldu ki, Zabratın su basmasını görmədiz, amma mən gördüm. Getmişdik ora, sadəcə arxı qazdıq, gölə ötürdük. Bununla da su məsələsi qurtardı. İnsanlarımız, əsasən də jurnalistlərimiz yaxşı olardı ki, öz işindən beş dəqiqəliyə ayrılıb arxı açardı, nə olardı ki?".



Qafqazinfo.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA