17-01-2017 [14:25]
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2016-cı il üzrə sosial durumlarına və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatını açıqlayıb

Jurnalistlərin Həmkarlar İttifaqı(JuHİ)Azərbaycan jurnalistlərinin 2016-cı ildə sosial durumlarının öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb. JuHİ sədri Müşfiq ƏləsgərliModern.az-a bildirib ki, təşkilatın keçirdiyisorğuyaictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 20 ümumrespublika yayımlı qəzet, 6 informasiya agentliyi, 15 xəbər portalı, həmçinin 6 həftəlik qəzet, 4 televiziya redaksiysının əməkdaşları cəlb ediliblər (ümumilikdə 51 redaksiya əhatə olunub).
Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2016-cı ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar.
Sorğu üzrə aşağıdakı nəticələr alınıb:
1. Gündəlik nəşr edilən qəzetlərdə, informasiya agentliklərində və ümumrespublika yayımlı telekanallarda:
- İşçilərlə fərdi əmək müqavilələrinin bağlanması məsələsində ciddi dəyişiklik olmayıb. 2015-ci ildə olduğu kimi, 2016-cı ildə də sorğuya cəlb edilənlərin 92 faizi (2015-ci ildə 90 faiz olub) çalışdıqları redaksiyalarda fərdi əmək müqavilələri bağlanıldığını bildiriblər. Əmək qanunvericiliyinə edilən yeniliyə uyğun olaraq, əmək münasibətlərinin rəsmiləşdirilməsinin elektron informasiya sistemi müstəvisinə keçirilməsi ilə bu sahədə ciddi irəliləyiş yaranıb. Amma irəliləyişlərlə yanaşı, müəyyən qüsurlar da qalmaqdadır. Həll edilməli məqamlar siyahısına aşağıdakılar daxildir:
a) Bu sırada ilk yerifərdi əmək müqavilələrinin müddətli bağlanılmasıtutur. Azərbaycan Əmək Məcəlləsinin 45-47 maddələri daimi fəaliyyət göstərən iş yerlərindəəmək müqaviləsininmüddətlibağlanmasını istisna etsə də, KİV redaksiyalarında jurnalistlərlə əmək müqavilələrini müddətli bağlamağa üstünlük verirlər ki, bu da həmin müqaviləyə istənilən vaxt xitam vermək üçün şərait yaradır.
b) Fərdi əmək müqavilələrin redaksiyaların bütün əməkdaşlarına şamil edilməməsi də problemlərdən biridir. Hələ də bəzi redaksiyada əməkdaşlardan yalnız 50-55 faizi ilə fərdi əmək müqavilələri bağlanılır, təqribən 40-45 faizə qədər əməkdaş əmək münasibətləri rəsmiləşdirilmədən, şifahi sövdələşmə ilə çalışdırılırlar.
c) Əmək haqqının əmək müqavilələrində göstərilən rəqəmlərlə uyğunsuzluğu problemi də öz aktuallığını qoruyur,əksər redaksiyalarda əmək müqavilələri əmək haqqı və digər məsələlərlə bağlı reallığı tam əks etdirmir;
d)Tibbi sığortanın tətbiq edilməsiməsələsində irəliləyiş və ya geriləmə yoxdur. Tibbi suğortanın tətbiq edilməsi vəziyyəti minimum həddə- 5 faizdən aşağıdır.
a)Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarındaçalışanjurnalistlərin aylıq gəlirləri 500-600 manat civarındadır (sorğu iştirakçılarının 83 faizi). Bu kateqoriya üzrə sorğu iştirakçılarının az qismi (3 faiz) 350-450 manat, qalanları isə (14 faiz) 700-800 manat və daha yuxarı həddə aylıq gəlir əldə etdiklərini bildiriblər.
b) Analoji vəziyyətümumrespublika yayımlı həftəlik qəzetlərdəçalışan jurnalistlərin aylıq gəlirlərində də mövcud olub. Bu kateqoriya üzrə redaksiyalarda çalışan jurnalistlərin orta aylıq gəlirləri 250-350 manat arasında dəyişir.
c) Regional KİV-lərdə əmək haqqı:
- Regional qəzetlərdəçalışan jurnalistlərin orta aylıq gəlirləri 150-300 manatla ifadə olunur (91 faiz). Rəyi soruşulanlardan 9 faizi 350-400 manat civarında əmək haqqı aldıqlarını bildiriblər.
-Regional televiziyalardaçalışan jurnalistlərin aylıq gəlirləri 250-300 manat,
-Ümumrespublika yayımlı TV-lərin regionaltəmsilçilərinin gəlirləri isə 450-600 manat aralığında dəyişir.
d) Əmək haqqı və ya aylıq gəlir məsələsində diqqət çəkən əsas məqam KİV redaksiyalarındaəmək haqqının infilyasiya tempinə uyğunlaşdırılmamasıdır. 2016-cı ildə manatın alıcılıq qabiliyyətinin aşağı düşməsinə, ABŞ dolları və evro ilə müqayisədə ucuzlaşmasına baxmayaraq, KİV redaksiyalarında əmək haqqının bu duruma uyğunlaşdırılması üçün ciddi addımlar atılmayıb. Rəyi soruşulanlardan yalnız 7 faizi əmək haqqının 2016-cı ildə infilyasiyaya uyğunlaşdırıldığını bildirib. Digər 93 faiz redaksiyalarda bu yöndə addım atılmayıb.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda 2017 –ci il üzrə müəyyən edilmiş yaşayış minimumu 155 manatdır.
-Prezidentİlham Əliyev Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illik yubileyi münasibətilə televiziya və radio işçilərinin təltif edilməsi haqqındasərəncam imzalayıb. Sərəncama əsasən, 102 nəfər jurnalist müxtəlif səviyyəli fəxri adlar və mükafatlarla təltif ediliblər.
-Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazılarının müsabiqələri vasitəsilə 2016-cı ildə 460 nəfər jurnalist qalib olaraq mükafatlandırılmaqla, əlavə maddi gəlir əldə ediblər.
-Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə həbsdə olan jurnalistlər - Xədicə İsmayıl, Pərviz Həşimli, Hilal Məmmədov, Rauf Mirqədirov azadlığa çıxıblar.
-İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklikər qüvvəyə minib. Dəyişikliyə əsasən, jurnalist hüquqlarının pozulmasına görə, xüsusən, jurnalist sorğusuna qanunla müəyyən edilən müddətdə cavab verilməməsinə görə cəzalar sərtləşdirilib. Bununla yanaşı, 2016-cı il ərzində KİV haqqında qanuna, İnzibati Xətalar və Cinayət Məcəllələrinə bir sıra əlavə və dəyişikliklər edilib ki, bütün bunlar internetdə informasiya yayımının tənzimlənməsinə, jurnalist hüquqlarının qorunmasına, jurnalistlərin fəaliyyətlərinə münbit şərait yaradılmasına əhəmiyyətli təsir göstərib.
-Diqqət çəkən məsələlər arasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) uzun müddət KİV və jurnalistika adından istifadə edərək vətəndaşları şantaj edən dəstəni zərərsizləşdirməsi də var. "Gündəlik Bakı” və "Bizim dövr” qəzetləri ətrafında cəmləniş məlum dəstənin hərəkətləri vətəndaşlara zərər verməklə yanaşı, jurnalistikanın nüfuzuna da ciddi xələl gətirirdi.
-İlin əvvəlindən başlayaraq qəzet kağızına əlavə dəyər vergisinin (ƏDV) tətbiq edilməsi, yəni 18 faizlik verginin də xərclərə əlavə olunması çap mediasının durumunu ağırlaşdırıb. Həmçinin, milli valyutanın ABŞ dolları və evro qarşılığındakı ucuzlaşması kağız satışının milli valyuta ilə qiymətinin təqribən 3 dəfə bahalaşmasına səbəb olub ki, bu da qəzetləri risk altına salmaqla yanaşı, jurnalistlərin də durumlarına ciddi təsir göstərib.
-KİV-lərdən "Gün.az” xəbər portalının, "Gündəlik Teleqraf” qəzetinin, ANS TV-nin, "Zaman Azərbaycan” qəzetinin fəaliyyəti dayanıb (Teleqraf qəzeti fəaliyyətini yalnız onlayn versiyada davam etdirir). Həmçinin, bəzi KİV-lərdə işçi heyətlərin qrup halında, yaxud fərdi şəkildə ixtisar edilməsi diqqət çəkib. İnternet media qurumlarının sayının artması nəticəsində ixtisara düşən jurnalistlərin iş yeri ilə təmin edilməsi mümkün olub. Amma qurup və fərd halında ixtisarların aparılmasının bir tendensiya olaraq ortaya çıxması mənfi hal kimi qiymətləndirilib.
-Ermənistan-Azərbaycan ordusunun təmas xəttində hərbi əməliyatların bərpa olunması digər əhali qrupları kimi, jurnalistlər üçün də problemlər yaradıb. Cəbhə bölgəsində fəaliyyət göstərən jurnalistlər təhlükələrlə üzləşiblər, ATV-nin Qarabağ bürosunun əməkdaşı yaralanaraq xəsarətlər alıb.
-Jurnalistlərə qarşı fiziki təzyiq halları qeydə alınıb. 2016-ci ildə bir sıra KİV təmsilçiləri peşə fəaliyyətlərini yerinə yetirərkən müxtəlif şəxslər tərəfindən fiziki hücuma məruz qalmış, əmək alətləri yararsız hala salınmış, hədələnmişlər. Bu da jurnalistlərin təhlükəsizliyi ilə bağlı tədbirlərin artırılması zərurətini ortaya çıxarmışdır.
Jurnalistlərin Həmkarlar İttifaqı(JuHİ) Azərbaycan jurnalistlərinin 2016-cı ildə sosial durumlarının öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyisorğuyaictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 20 ümumrespublika yayımlı qəzet, 6 informasiya agentliyi, 15 xəbər portalı, həmçinin 6 həftəlik qəzet, 4 televiziya redaksiysının əməkdaşları cəlb ediliblər (ümumilikdə 51 redaksiya əhatə olunub).- İşçilərlə fərdi əmək müqavilələrinin bağlanması məsələsində ciddi dəyişiklik olmayıb. 2015-ci ildə olduğu kimi, 2016-cı ildə də sorğuya cəlb edilənlərin 92 faizi (2015-ci ildə 90 faiz olub) çalışdıqları redaksiyalarda fərdi əmək müqavilələri bağlanıldığını bildiriblər. Əmək qanunvericiliyinə edilən yeniliyə uyğun olaraq, əmək münasibətlərinin rəsmiləşdirilməsinin elektron informasiya sistemi müstəvisinə keçirilməsi ilə bu sahədə ciddi irəliləyiş yaranıb. Amma irəliləyişlərlə yanaşı, müəyyən qüsurlar da qalmaqdadır. Həll edilməli məqamlar siyahısına aşağıdakılar daxildir:
a) Bu sırada ilk yerifərdi əmək müqavilələrinin müddətli bağlanılmasıtutur. Azərbaycan Əmək Məcəlləsinin 45-47 maddələri daimi fəaliyyət göstərən iş yerlərindəəmək müqaviləsininmüddətlibağlanmasını istisna etsə də, KİV redaksiyalarında jurnalistlərlə əmək müqavilələrini müddətli bağlamağa üstünlük verirlər ki, bu da həmin müqaviləyə istənilən vaxt xitam vermək üçün şərait yaradır.
b) Fərdi əmək müqavilələrin redaksiyaların bütün əməkdaşlarına şamil edilməməsi də problemlərdən biridir. Hələ də bəzi redaksiyada əməkdaşlardan yalnız 50-55 faizi ilə fərdi əmək müqavilələri bağlanılır, təqribən 40-45 faizə qədər əməkdaş əmək münasibətləri rəsmiləşdirilmədən, şifahi sövdələşmə ilə çalışdırılırlar.
c) Əmək haqqının əmək müqavilələrində göstərilən rəqəmlərlə uyğunsuzluğu problemi də öz aktuallığını qoruyur,əksər redaksiyalarda əmək müqavilələri əmək haqqı və digər məsələlərlə bağlı reallığı tam əks etdirmir;
d)Tibbi sığortanın tətbiq edilməsiməsələsində irəliləyiş və ya geriləmə yoxdur. Tibbi suğortanın tətbiq edilməsi vəziyyəti minimum həddə- 5 faizdən aşağıdır.
a)Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarındaçalışanjurnalistlərin aylıq gəlirləri 500-600 manat civarındadır (sorğu iştirakçılarının 83 faizi). Bu kateqoriya üzrə sorğu iştirakçılarının az qismi (3 faiz) 350-450 manat, qalanları isə (14 faiz) 700-800 manat və daha yuxarı həddə aylıq gəlir əldə etdiklərini bildiriblər.
b) Analoji vəziyyətümumrespublika yayımlı həftəlik qəzetlərdəçalışan jurnalistlərin aylıq gəlirlərində də mövcud olub. Bu kateqoriya üzrə redaksiyalarda çalışan jurnalistlərin orta aylıq gəlirləri 250-350 manat arasında dəyişir.
c) Regional KİV-lərdə əmək haqqı:
- Regional qəzetlərdəçalışan jurnalistlərin orta aylıq gəlirləri 150-300 manatla ifadə olunur (91 faiz). Rəyi soruşulanlardan 9 faizi 350-400 manat civarında əmək haqqı aldıqlarını bildiriblər.
-Regional televiziyalardaçalışan jurnalistlərin aylıq gəlirləri 250-300 manat,
-Ümumrespublika yayımlı TV-lərin regionaltəmsilçilərinin gəlirləri isə 450-600 manat aralığında dəyişir.
d) Əmək haqqı və ya aylıq gəlir məsələsində diqqət çəkən əsas məqam KİV redaksiyalarındaəmək haqqının infilyasiya tempinə uyğunlaşdırılmamasıdır. 2016-cı ildə manatın alıcılıq qabiliyyətinin aşağı düşməsinə, ABŞ dolları və evro ilə müqayisədə ucuzlaşmasına baxmayaraq, KİV redaksiyalarında əmək haqqının bu duruma uyğunlaşdırılması üçün ciddi addımlar atılmayıb. Rəyi soruşulanlardan yalnız 7 faizi əmək haqqının 2016-cı ildə infilyasiyaya uyğunlaşdırıldığını bildirib. Digər 93 faiz redaksiyalarda bu yöndə addım atılmayıb.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda 2017 –ci il üzrə müəyyən edilmiş yaşayış minimumu 155 manatdır.
-Prezidentİlham Əliyev Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illik yubileyi münasibətilə televiziya və radio işçilərinin təltif edilməsi haqqındasərəncam imzalayıb. Sərəncama əsasən, 102 nəfər jurnalist müxtəlif səviyyəli fəxri adlar və mükafatlarla təltif ediliblər.
-Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazılarının müsabiqələri vasitəsilə 2016-cı ildə 460 nəfər jurnalist qalib olaraq mükafatlandırılmaqla, əlavə maddi gəlir əldə ediblər.
-Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə həbsdə olan jurnalistlər - Xədicə İsmayıl, Pərviz Həşimli, Hilal Məmmədov, Rauf Mirqədirov azadlığa çıxıblar.
-İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklikər qüvvəyə minib. Dəyişikliyə əsasən, jurnalist hüquqlarının pozulmasına görə, xüsusən, jurnalist sorğusuna qanunla müəyyən edilən müddətdə cavab verilməməsinə görə cəzalar sərtləşdirilib. Bununla yanaşı, 2016-cı il ərzində KİV haqqında qanuna, İnzibati Xətalar və Cinayət Məcəllələrinə bir sıra əlavə və dəyişikliklər edilib ki, bütün bunlar internetdə informasiya yayımının tənzimlənməsinə, jurnalist hüquqlarının qorunmasına, jurnalistlərin fəaliyyətlərinə münbit şərait yaradılmasına əhəmiyyətli təsir göstərib.
-Diqqət çəkən məsələlər arasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) uzun müddət KİV və jurnalistika adından istifadə edərək vətəndaşları şantaj edən dəstəni zərərsizləşdirməsi də var. "Gündəlik Bakı” və "Bizim dövr” qəzetləri ətrafında cəmləniş məlum dəstənin hərəkətləri vətəndaşlara zərər verməklə yanaşı, jurnalistikanın nüfuzuna da ciddi xələl gətirirdi.
-İlin əvvəlindən başlayaraq qəzet kağızına əlavə dəyər vergisinin (ƏDV) tətbiq edilməsi, yəni 18 faizlik verginin də xərclərə əlavə olunması çap mediasının durumunu ağırlaşdırıb. Həmçinin, milli valyutanın ABŞ dolları və evro qarşılığındakı ucuzlaşması kağız satışının milli valyuta ilə qiymətinin təqribən 3 dəfə bahalaşmasına səbəb olub ki, bu da qəzetləri risk altına salmaqla yanaşı, jurnalistlərin də durumlarına ciddi təsir göstərib.
-KİV-lərdən "Gün.az” xəbər portalının, "Gündəlik Teleqraf” qəzetinin, ANS TV-nin, "Zaman Azərbaycan” qəzetinin fəaliyyəti dayanıb (Teleqraf qəzeti fəaliyyətini yalnız onlayn versiyada davam etdirir). Həmçinin, bəzi KİV-lərdə işçi heyətlərin qrup halında, yaxud fərdi şəkildə ixtisar edilməsi diqqət çəkib. İnternet media qurumlarının sayının artması nəticəsində ixtisara düşən jurnalistlərin iş yeri ilə təmin edilməsi mümkün olub. Amma qurup və fərd halında ixtisarların aparılmasının bir tendensiya olaraq ortaya çıxması mənfi hal kimi qiymətləndirilib.
-Ermənistan-Azərbaycan ordusunun təmas xəttində hərbi əməliyatların bərpa olunması digər əhali qrupları kimi, jurnalistlər üçün də problemlər yaradıb. Cəbhə bölgəsində fəaliyyət göstərən jurnalistlər təhlükələrlə üzləşiblər, ATV-nin Qarabağ bürosunun əməkdaşı yaralanaraq xəsarətlər alıb.
-Jurnalistlərə qarşı fiziki təzyiq halları qeydə alınıb. 2016-ci ildə bir sıra KİV təmsilçiləri peşə fəaliyyətlərini yerinə yetirərkən müxtəlif şəxslər tərəfindən fiziki hücuma məruz qalmış, əmək alətləri yararsız hala salınmış, hədələnmişlər. Bu da jurnalistlərin təhlükəsizliyi ilə bağlı tədbirlərin artırılması zərurətini ortaya çıxarmışdır.
Sergen Yalçın: "Rəqibin müdafiə xəttini aşa bilmədik"
SPİDLİ - Kəbutər Hakverdinin hekayəsi
İstanbul boğazı gəmilərə qapadıldı
500 minlik saat, xaricdə milyardlıq mülklər və... - Rövnəq Abdullayevin yaxın qohumu barədə sensasiyalı iddialar
Luis Diazdan het-trik - "Bavariya" qalib gəldi
Rusiya ordusu daha iki yaşayış məntəqəsini ələ keçirib - Açıqlama
İRANIN NÜVƏ BOMBASI VAR? - XİN başçısı dünyanı həyəcanlandırdı: "Nüvə bombamız böyük güclərə "yox" demək gücümüzdür"
"İnter" rəqibini 5 qolla məğlub etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ vitse-prezidenti Bakıya gəlir - Bu tarixdə (Yenilənib)
Qubada səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?