Bakıda istiliyin və suyun qiyməti qalxdı, qaz kəsildi – Sakinlər narazlıq edir

img

09-01-2017 [22:37]


Bakı şəhəri, Binəqədi rayon, Mircəlal 59 k ünvanda yerləşən binanın sakinləri narazı salınıb.

Bu barədə mia.az-a məlumat verən sakinlərin sözlərinə görə, "Kristal" MTK-ya məxsus binanın istilik təchizatı dayandırılıb. 

Səbəb kimi isə "Azəriqaz” tərəfindən qazın kəsilməsi göstərilir: 

"Bundan əlavə, dekbarın 1-dən mənzilllərə verilən istiliyə görə xidmət haqqı hər kvadrata görə 40 qıpikdən 80 qəpiyə qaldırılıb. 130 kvadratlıq mənzilin sahibi ayda təkcə istilik üçün 104 manat ödəməlidir. İsti suyun hər kubuna görə isə 2 manat əlavə ödəyirlər. Bu da təxminən 522 mənzilik binada hər ev üçün 15-30 manat arasında fərq yaradır”.

Qeyd edək ki, "əhali” kateqoriyasına aid istehlakçılar üçün qaz tariflərinin artırılması yanvar ayının 1-dən qüvvəyə minib. Mərkəzi istilik sistemi olan bir sıra başqa binalarda da qazanxanada istifadə olunan qazın qiymətinin "qeyri-əhali” kateqoriyasına aid olan tariflə tələb olunduğu haqqında məlumatlar var. Amma qazanxana yaşayış binasına aid olduğu üçün, burada istifadə olan qazın qiyməti də "əhali” kateqoriyasına aid tariflərlə hesablanmalıdır.

Narazı sakinlər onu da bildirirlər ki, binada yaşayan insanların əksəriyyətinin istilik üçün bu qədər pul ödəməyə imkanı yoxdur. Ən pisi isə odur ki, bu binada yaşayan insanlara başqa seçim qoyulmayıb:

"Biz şəxsi kombimizdən istifadə etsək, bu qədər xərcimiz çıxmaz. Amma kombi çəkilməsinə icazə verilmir. Binada istilik təchizatı, televiziya xətti, isti su mərkəzləşdirilib. O na görə də hər hansı problem yaranan kimi, hamı problemlə üzləşir. İndi qazı da kəsiblər, evlərdə oturmaq olmur. Qış vaxtı belə bir məsuliyyətsizlik bütün sakinlər tərəfindən hiddətlə qarşılanıb. Deyəndə ki, kombi qoyub evimizi qızdıraq, suyumuzu isidək, şirkətin səlahiyytli şəxsləri deyirlər ki, "Azəriqaz” kartları koda salıb, qaz təchizatını dayandıracaq. Belə şəraitdə ayda 100-110 manat qaz, 20-30 manat isti suya pul, əlavə də 30 manat kommunal pulu ödəmək imkanımız xaricindədir. Ödəməyənədə də binanın ümumi qaz təminatı dayandırılır,bununla da hamı əziyyət çəkir. Xahiş edirik ki, aidiyyatı qurumlar bununla bağlı bizə açıqlama versinlər”.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA