07-01-2017 [18:50]
İranda hakimiyyətin icraedici qolu ilə məhkəmə qolu arasında üstüörtülü qarşıdurma yerli medianın əsas yazı mövzusuna çevrilib.
Mia.az Strateq.az-a istinadən xəbər verir ki, "Mehr" agentliyi də yanvarın 7-də baş məqaləni bu mövzuya həsr edib.
Baş məqalədə qeyd edilir ki, sözlü münaqişə prezident Həsən Ruhaninin tənqidi ilə başlayıb. Müzakirələr media platformasında davam etdirilib və hökumət məhkəmə hakimiyyətinin "layiqli cavabı"nı verib.
"Mehr" müəllifi qeyd edir ki, üstüörtülü savaşın kökündə Ali Məhkəmənin ölkə nazirlikləri, dövlət idarələri və əyalət administrasiyalarında yoxlamalar aparması durur.
Həmin vaxt Ali Məhkəmənin sədri Sadiq Amoli-Laricani bildirmişdi ki, "Konstitusiyaya görə, məhkəmə hakimiyyəti preventiv hərəkət etməlidir. Onun vəzifələrindən biri cinayətin qarşısını önləməkdir".
Daha sonralar Ayətullah Laricani 3 milyard dollarlıq korrupsiya iddiasını əsas götürərək hökumətə qarşı açıq hücuma keçmişdi.
Onun "Twitter"dəki bir atmacasının da hədəfi Həsən Ruhani hökuməti idi. Prezident komandası da şifahi bəyanatlarında fəaliyyətinin şəffaflığını vurğulayır və nufüzunu qorumağa çalışırdı.
İş adamı Babək Zəncaninin məhkəməsi hökumət əleyhinə açıqlamalarında yeni səhifə oldu.
Lap bu yaxınlarda Ayətullah Amoli-Larican demişdii: "Zəncaninin sözlərinə görə, seçkilərdə prezidentə milyardlarla dollar kömək edib. Onun sözlərinin həqiqət olduğunu düşünmürük. Çünki çox şey söyləyir və bir çox iddiaları var. Əgər onun sözləri ilə maraqlansaydıq, məsələ ilə əlaqəsi olan hər kəsi məhkəməyə çağırardıq".
İrandakı müşahidəçilər bunun qarşılığında prezident H.Ruhaninin sükutunu məğlubiyyətin qəbulu kimi dəyərləndirirlər.
Bəzi analitiklərin fikrincə, icraedici hakimiyyətlə məhkəmə hakimiyyəti arasındakı bu savaş builki prezident seçkilərinə hesablanıb. Yəni H.Ruhani hökumətini gözdən salmaqla, onun ikinci dəfə prezident seçilməsi imkanını heçə endirmək düşünülür.
Laricanilər İranda nüfuzlu ailədir. Ali Məhkəmə sədrinin qardaşı Əli Laricani artıq neçə illərdir ki parlamentdə sədrlik edir və 2017-ci ildə onun prezidentliyə iddialı olacağı ehtimalı böyükdür.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi