06-01-2017 [10:58]
ABŞ kəşfiyyatının ən yüksək vəzifəlisi bəyan edib ki, Rusiyanın ABŞ seçkisinə iddia edilən müdaxiləsinin motiv və məqsədləri gələn həftə açıqlanacaq.
Milli Kəşfiyyat Agentliyinin baş direktoru Ceyms Klepper Konqres qarşısındakı çıxışında bildirib ki, Vladimir Putinin motivləri tam şəkildə bəyan ediləcək.
ABŞ-ın kəşfiyyat agentlikləri bu qənaətdədirlər ki, Demokratik Partiyanın serverlərinə haker müdaxiləsini məhz Kreml əmr edib. Moskva bu iddiaları rədd etsə də, Vaşiqnton Rusiyaya qarşı yeni sanskiyalarını elan edib.
ABŞ seçkisinə "xarici müdaxiləyə dair hesabat” yanvarın 5-də prezident Obamaya təqdim edilib.
Prezident seçilmiş Donald Tramp hesabatla yanvarın 6-da tanış ediləcək və bundan sonra onun məxfi olmayan versiyası ictimaiyyət üçün açıqlanacaq.
Yanvarın 5-də ABŞ kəşfiyyatının ən yüksək vəzifəli rəsmiləri Senatın Silahlı Qüvvələr Komitəsinin qarşısında ifadə veriblər. Onların ümumi rəyinə görə, Moskva seçkilərə Trampın Klinton üzərində qələbəsini təmin etmək məqsədilə müdaxilə edib.
Konqresmenlərdən birinin "siz müdaxilənin Putinin motivinə bağlılığını açmısınızmı” sualına cənab Klepper müsbət cavab verib.
Senat dinləməsi üçün hazırlanmış ifadədə bildirilir ki, Rusiya ABŞ-ın maraqlarına ən geniş şəkildə təhlükə yarada biləcək təkmil kiberproqrama malikdir.
İfadədə qeyd olunur ki, "Rusiya ABŞ-ın hökumət, hərbi, diplomatik, kommersiya və mühüm infrastrukturuna tammiqyaslı təhlükə təşkil edir”.
İfadəni cənab Klepperdən başqa müdafiə nazirinin kəşfiyyat üzrə müavini Marsel Letter və Milli Təhlükəsizlik Agentliyinin direktoru admiral Maykl Rogersimzalayıblar.
Dinləməni açan senator Makkeyn xatırladıb ki, "biz bura prezident seçkisinin nəticəsini şübhə altına almaq üçün toplaşmamışıq”.
"Biz deyə bilmərik ki, onlar seçkinin heç bir nəticəsini dəyişməyiblər və sair…” – deyib Klepper Rusiya kəşfiyyatının əməliyyatı barədə.
O, əlavə edib ki, bu məsələdə rusların bir çox motivləri ola bilərdi. "Biz bu müdaxilənin elektoratın etdiyi seçimə təsir miqyasını ölçmürük” – deyib Klepper.
Klepper senator Makkeynin Rusiya müdaxiləsini "müharibə aktı” adlandırmasını bir qədər ağır yanaşma kimi qiymətləndirib.
Tramp isə indiyədək Rusiyanın seçkiyə müdaxiləsinə dair bütün iddiaları rədd edib.
Azadlıq Radiosu
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi