Latviya prezidenti Azərbaycana səfər edəcək – Nazirlikdən açıqladı

img

05-01-2017 [16:14]


Latviya prezidenti Raymonds Veyonisin bu il Azərbaycana səfəri planlaşdırılır.
 
APA-nın Latviya Xarici İşlər Nazirliyinə istinadən verdiyi  məlumatına görə, səfər bu ilin ilk yarısında gerçəkləşəcək. 
 
Latviyanın xarici işlər naziri Edqards Rinkevişsin də bu ilin ilk yarısında Azərbaycana səfəri gözlənilir.
 
Qeyd edək ki, R. Veyonis keçən il martda 4-cü Bakı Qlobal Forum çərçivəsində Azərbaycana  gəlməli idi. Lakin səhhətindəki problemlər səbəbindən səfər təxirə salınmışdı. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA