05-01-2017 [15:35]
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nevroloqu, I Nevrologiya və tibbi genetika kafedrasının müdiri, tibb elmləri doktoru, professor Şərif Mahalov Mia.az-a bu gün hər kəsi narahat edən baş ağrılarından danışıb.
- Şərif müəllim, son zamanlar hər birimizi narahat edən və müxtəlif xəstəliklərin təzahürü kimi meydana çıxan əlamətlərdən biri də baş ağrılarıdır. Bunun səbəbləri nədir?
- Baş ağrısı- həkimlik təcrübəsində ən çox rast gəlinən şikayətlərdir. Bu hal təkcə başda deyil, bütün orqanizmdə narahatlıq hissi ilə müşayiət olunur. Baş ağrılarını 2 əsas kateqoriyaya bölmək olar: birincili və ikincili.
Birincili baş ağrılarına – miqren, gərginlik baş ağrıları, klaster baş ağrıları, struktur dəyişiklik ilə əlaqəsi olmayan müxtəlif tip baş ağrıları aiddir. Simptomatik baş ağrılarına isə başın travması, damar patologiyası, kəllədaxili qeyri-damar patologiyası, müəyyən maddələrin qəbulu və ya onlardan imtina, infeksiya, metabolik pozğunluqlar, kəllə, boyun, göz, burun, burun ətrafı ciblər, diş, ağız və digər kəllə və üz strukturlarının patologiyası ilə əlaqədar olan baş ağrıları aid edilir.
Baş ağrılarının çox səbəbləri var. Bunlar arterial təzyiqin dəyişməsi, baş beynin iltihabı, travması və şişləri, nevralgiyalar, vegetativ disfunksiya, gün və istivurma -intoksikasiyası və s. Baş ağrıları qədər müxtəlifliyi olan başqa əlamət yoxdur.
Baş ağrıları uzunmüddətli, göynədici, kəskin, eyni zamanda dözülməz olmaqla bütün başı əhatə edə və ya ancaq gicgah nahiyəsində lokallaşa bilər.
İkitərəfli göynədici baş ağrıları bir sıra hallarda arterial hipotoniyanı müşayiət edir. Bu tip baş ağrıları adətən yuxudan sonra səhər saatlarında meydana gəlir və gicgah nahiyələrini əhatə edir.
- Psixogen baş ağrıları necə yaranır?
- Bu növ baş ağrıları da son vaxtlar çox geniş yayılıb. Bu ad altında psixiki və fiziki xarakterli gərginlik, o cümlədən həyəcan vəziyyətində və depressiyada meydana gələn baş ağrıları birləşdirilir. Belə hallarda ağrının xarakterini təsvir etmək çətin olur. O, göynədici, sıxıcı, ənsə, alın və ya gicgah nahiyələrində məhdudlaşa, həmçinin bütün başı əhatə edə bilər.
Baş ağrısı miqrenin əsas, hətta yeganə təzahürüdür. Miqrenin bir sıra formaları var. Bu zaman ağrı üzdə meydana gələ, qəfləti, qısamüddətli və intensiv ("İldırıma sürətli”) ola bilər. Bəzən ağrılar biri digərini əvəz edərək bir neçə gün davam edə, ürəkbulanma və qusma ilə müşayiət oluna bilər.
Xorton (histamin ) baş ağrıları periodik olaraq qısa tutmalarla ( 15 dəqiqə- 2 saat ) təzahür edir. Adətən, belə baş ağrıları ya gecə vaxtı, ya da səhər meydana gəlir. Ağrı çox güclü, yandırıcı, deşici olur, qəflətən meydana gəlir və başın bir tərəfində göz nahiyəsində məhdudlaşır. Xorton baş ağrıları əsasən 20 yaşdan yuxarı kişilərdə rast gəlinir.
Əgər baş ağrıları zökəm əlamətləri ilə təzahür edirsə, bu hal beyin qişalarının iltihabı- meningit haqqında düşünməyə əsas verir. Meningit zamanı baş ağrıları güclü olur, gözə təzyiq edə, ürəkbulanma və qusma ilə müşayiət oluna bilər.
-Son zamanlar insanlar qəfləti başlayan kəskin baş ağrılarından əziyyət çəkirlər. Bunun səbəbləri nədir?
- Qəfləti başalayan kəskin baş ağrıları (huşun itməsi və bədənin müəyyən nahiyəsində hissiyyatın itməsi ilə gedən) baş beyinə qansızma zamanı meydana gəlir. Adətən bu hal arterial təzyiqin yüksəlməsi və beyin damarlarının aterosklerozu zamanı ortaya çıxır. Ona görə belə hallarda "Təcili yardım”ı vaxtında çağırmaq lazımdır.
Əgər baş ağrısı qəflətən meydana gəlir, tez zamanda müntəzəm və intensiv olursa, nevroloqa müraciəti gecikdirmək olmaz. Belə ağrı baş beyin şişlərinin ilkin əlaməti də ola bilər.
Adətən, baş ağrısı kəllə nahiyəsindən kənara çıxmır. Məsələn, boyun nahiyəsinin osteoxondrozu, spondiloartriti, radikulit çox vaxt baş ağrıları ilə müşahidə olunur. Alın və gicgah nahiyəsində olan ağrılar burun ətrafı ciblərdə olan iltihab- haymorit və ya frontit zamanı ola bilər. Baş ağrısı və üzdə olan keyimə adətən üçlü sinirin nevralgiyası və üz sinirinin neyropatiyası zamanı olur.
Baş ağrılarının digər forması toksiki baş ağrısıdır. Bu hal bəzi maddələrlə zəhərlənmələr və ya dərman preparatlarının qəbulundan sonra yarana bilər.
Axıcı baş ağrıları tam sağlam insanlarda qapalı məkanlarda meydana gələ bilər(beyinə oksigen çatışmazlığı nəticəsində). Bu hal dəm qazı, avtomobil qazları, boya buxarlanması, kəskin ətirlər tərəfindən baş verə bilər. Güclü baş ağrıları gün- və istivurma zamanı da yaranır.
Gördüyünüz kimi, baş ağrılarının bir çox səbəbləri var. Bu təəccüblü hal deyil, çünki ağrı orqanizmin təhlükə anında verdiyi siqnaldır. Belə siqnallar da ağrının baş beyni və onun ətrafındakı toxumalarla əlaqəli şəkildə yayılması daha ciddi əlamət kimi sayılmalıdır.
- Bəs baş ağrıları zamanı müxtəlif dərmanlardan istifadə etməyin nə kimi təhlükəsi var?
- Belə vəziyyətdə çox miqdarda ağrıkəsici preparatlar qəbul etmək təhlükəlidir. Bu, ciddi fəsadlarla nəticələnə bilər.
Bundan başqa, analgetiklərin uzun müddətli qəbulu baş beynin ağrı əleyhinə mərkəzinin süstləşməsinə və yeni azbus (dərmanlar tərəfindən törənən) baş ağrılarının meydana gəlməsinə səbəb ola bilər. Baş ağrılarının profilaktikası məqsədi ilə beyin damarlarını yüngül fiziki yüklə məşq elətdirmək, təmiz havada olmaq, dərmanlardan hədsiz dərəcədə istifadə etməmək lazımdır. Əgər baş ağrısı davamlı olarsa,özü-özünü müalicə etməklə məşğul olmaq əvəzinə, təxirə salmadan nevroloq-həkimə müraciət etmək lazımdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi