Ordumuz erməni bayrağını ayaqlar altına belə atıb - Horadiz əməliyyatı (VİDEO)

img

05-01-2017 [10:18]


Yanvarın 5-də Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin ən uğurlu əməliyyatlarından olan Horadiz döyüşlərinin 23 ili tamam olur.

Azərbaycan Ordusu mərhum prezident Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-də və 6-na keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21, Cəbrayıl rayonunun isə 1 yaşayış məntəqəsini erməni işğalçılarından azad edib.

Horadiz əməliyyatı həmin vaxt ermənilərin Beyləqan rayonuna planlaşdırdığı hücumunun da qarşısını alıb. Bu döyüşlərdə ermənilər böyük itkilər verib.

Horadiz əməliyyatı 1993-cü il dekabrından başlayıb, 1994-cü il 6 yanvar tarixinə kimi davam edib.O zaman Azərbaycan Milli Ordusu Horadizi işğaldan azad edərək, qəsəbədə asılmış erməni bayrağını ayaqlar altına atdı. Təəssüf ki, Milli Ordunun o vaxtki zəfər yürüşü davam etdirilmədi... Necə deyərlər, zəfər yürüşü yarımçıq qaldı...

Modern.azsaytı həmin döyüşün sonundan qürurverici görütünü təqdim edir.


VIDEO


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA