“Xəzər Lənkəran”ın sabiq baş məşqçisini qayınları döydülər - Səbəb

img

04-01-2017 [20:45]


"Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli həyat yoldaşının qardaşları tərəfindən döyülüb.

Qol.az-ın yaydığı xəbərə görə, 6 il birgə yaşadığı həyat yoldaşı Evin Elçin Dənizlini tərk edərək ondan boşanmaq üçün 5 milyon türk lirəsi istəyib. Dənizli bu məbləği ödəmək istəmədikdə isə həyat yoldaşının qardaşları tərəfindən fiziki təzyiqə məruz qalıb.

Türkiyəli mütəxəssis bu barədə deyib: "Heç bir günahım olmadan məni döydülər. Yaşadağım olaylardan sonra psixoloji durumum pozulub. Keçirdiyim qorxunu sözlə ifadə edə bilmirəm. Xahiş edirəm Evin Elçin və qardaşları cəzalansın”.

Qeyd edək ki, Dənizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran”da çalışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA