30-12-2016 [15:10]
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) MTN-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə 4-cü Baş idarəsinin 1-ci idarəsinin sabiq rəisi Fizuli Əliyevin istintaq zamanı verdiyi ifadə məlum olub.
F. Əliyev özünü təqsirli bilməyib və deyib ki, rəisi olduğu idarə birbaşa sabiq nazirin tabeliyində olub. O, işini Baş İdarənin rəisi Sübahir Qurbanovun tapşırıq və göstərişləri əsasında qurduğunu bildirib.
Əlavə edib ki, xidməti işi ilə əlaqədar həm məxfi, həm də tam məxfi sənədlərlə işləməyə buraxılışı olub. Həmin növ sənədlər ona aid olduqda xidməti otağındakı seyfdə saxlanılıb, sonradan onların taleyi nazirlikdə qüvvədəki kargüzarlığın aparılmasına dair əmr və təlimatla tənzimlənib. O da məxfi sənədlərlə işləyərkən həmin əmr və təlimatların tələblərini rəhbər tutub. Bununla yanaşı, xidməti otağında məxfi olmayan çoxsaylı sənəd də saxlayıb və onların sonrakı taleyini özü müstəqil həll edib.
Dediyinə görə, 2015-ci il oktyabrın 18-də iş yeri olan MTN-nin inzibati binasının 4-cü mərtəbəsindəki xidməti iş otağına gedib, orada olarkən otaqda səliqə-sahman yaratmaq məqsədilə məxfi olmayan və lazımsız sənədləri kağız doğrayan maşında məhv edib. Bu sənədlər əsasən, uzun müddət xidməti otağında saxlanan, lazımsız, məhvi zəruri sənədlər olub. Deyib ki, həmin il oktyabrın 17-də iş yerinə gedib, səhhətindəki problemlərlə əlaqədar Baş idarənin rəisindən icazə alaraq evə qayıdıb. Axşam vaxtı mətbuatdan milli təhlükəsizlik nazirinin işdən azad olunduğunu öyrənib. IV Baş idarənin rəis müavini və idarənin 1-ci idarəsinin rəisi vəzifəsini icra etdiyinə üçün saat 21.00 radələrində işə gedib və təxminən 1 saat sonra evə qayıdıb. O, bir daha həmin gün məhv etdiyi sənədlərin lazımsız və məhvi zəruri sənədlər vurğulayıb.
Bundan başqa o, xidməti fəaliyyəti zamanı mərkəzi və yerli icra, qanunverici və ya məhkəmə hakimiyyətinin, özünüidarə orqanlarının vəzifəli şəxslərinin telefonları üzrə dinləmə və statistik proqram vasitəsilə əməliyyat-axtarış tədbirlərini öz təşəbbüsü ilə həyata keçirilməsi üçün MTN-nin Əməliyyat-texniki idarəsi və Monitorinq Mərkəzinə heç bir vaxt müraciət etmədiyini, ümumiyyətlə onun bu cür tapşırıqlar verilməsinə səlahiyyətinin olmadığını, bu cür tədbirlərin yalnız nazir və ya sonuncunu əvəz edən şəxsin təsdiqindən sonra keçirildiyini göstərib.
İş otağında aşkarlanan qızıl-zinət əşyaların ona məxsus olduğunu, nə vaxt aldığını xatırlamadığını, otaqdakı kağızlarda, bloknotlarda əlyazma ilə edilən qeydlərin müxtəlif şəxslərlə şifahi söhbətlər zamanı əldə etdiyi əməliyyat məlumatları olduğunu bildirib.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi