Erməni general yaralandı, 3 hərbiçi öldü - Cəbhə xəttində nə baş verir?(Yenilənib)

img

29-12-2016 [12:38]


Cəbhədə hər hansı hərbi toqquşma ilə bağlı rəsmi məlumat yoxdur. Əgər belə bir hal baş verərsə, Müdafiə Nazirliyi məlumatı rəsmi kanallar vasitəsilə yayacaq.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı TASS agentliyinə açıqlamasında deyib. 

*** 

Ermənistan Müdafiə Nazirliyi cəbhə xəttində 3 həbri qulluqçusunun öldüyünü bildirib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, leytenant Şavarş Melikyan, əsgərlər Erik Abovyan və Edqar Narayan Azərbaycan ordusu ilə döyüşdə öldürülüb.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.


***

Ermənistan-Azərbaycan sərhəddində atışma başlayıb. Ermənistan KİV-i iddia edir ki, Tavuş rayonunun Çinari kəndi ətrafında döyüş gedir. Ermənistan tərəfi snayper və qumbaraatanlardan istifadə edir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan sosial şəbəkədə döyüş olduğunu yazıb.

Eyni zamanda, daha bir məlumata görə, Ermənistan silahlı qüvvələri Baş qərargahının rəis müavini, general-leytenant Enriko Hapriamovun avtomobili Azərbaycanla sərhəddəki döyüş mövqelərindən birinə gedərkən qəzaya düşüb. İlkin məlumata görə, düşmən döyüşlərdə ağır itkilər verib.

***

Aravot.am yazdığına görə, Ermənistanın müdafiə nazirliyinin məbuat katibi Artsrun Ovanisyan deyib ki, Azərbaycan ordu birləşmələri guya Tavuş rayonunun Çinari kəndi istiqamətində təmas xəttində təxribat törətməyə cəhd ediblər. Ovanisyan əlavə edib ki, hazırda cəbhə xəttində sakitlikdir, gərginlik yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA