25-12-2016 [17:05]
Azərbaycanlı "qanuni oğru” Rafiq Eyvazov Türkiyədə döyülüb.
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, R.Eyvazovun döyülməsinin dəqiq səbəbi məlum deyil, amma böyük ehtimalla buna səbəb azərbaycanlı kriminallar arasında son aylar qızışan "razborka”dır.
Qeyd edək ki, R.Eyvazov kriminal aləmdə "Masallı Rafiq” kimi tanınır.
O, bir neçə il bundan əvvəl həbsxanada serrozdan vəfat etmiş "qanuni oğru” Məmməd Hüseynovun ("Masallı Mamed”) uzaq qohumudur. 2013-cü ildə R.Eyvazov Bakıda silahla tutulmuşdu. O zaman Rusiyanın "Praym kraym” nəşri bu həbslə bağlı sensasion bir xəbər yaymışdı. Xəbərdə bildirilirdi ki, R.Eyvazovun "taclandırılması” müəyyən şərt daxilində həyata keçirilib.
Bu şərt isə ondan ibarət imiş ki, R.Eyvazov "qanuni oğru” adı aldıqdan sonra həbsxanaya girməli, burada isə "Lotu Quli” ləqəbli Nadir Səlifova "problem yaratmalı” imiş. İddia edilirdi ki, R.Eyvazov həbsxanaya qəsdən göndərilir ki, "zon”da "qanuni oğru”nun "Quli” nin deyil, onun olduğu sübuta yetirilsin. 2013-cü ilin martında həbs edilən R.Eyvazov haqda bundan sonra heç bir məlumat olmayıb. Onun hansı cəza aldığı, harada cəza çəkdiyi barədə xəbər ictimailləşməyib. Amma göründüyü kimi, R.Eyvazov hazırda azadlıqdadır və Türkiyəyə yerləşib.
Onun məhz Türkiyədə döyülməsi də diqqət çəkir. Bu ilin avqustunda Rövşən Canıyev ("Rövşən Lənkəranski”) Türkiyədə qətlə yetirdikdən sonra bir-birlərini qəbul etməyən azərbaycanlılar arasında kriminal "razborka” daha da qızışıb. "Lənkəranski” nin Türkiyədəki obyektləri uğrunda da ciddi mübarizə gedir.
"Quli” tərəfdarları hələ ki, "Lənkəranski”nin buradakı nəzarət etdiyi obyektlərə öz iddialarını ortaya qoymayıblar. Amma sirr deyil ki, "Quli”nin qardaşı - "qanuni oğru” Namiq Səlifov bir neçə ildir Türkiyədə yaşayır.
"Lənkəranski”nin qətli günü yanında olan "qanuni oğru” "Hacı Beyləqanski” kimi tanınan Hacı Talıbxanlı da hadisədən bir müddət sonra azadlığa buraxılıb. Son illərdə H.Talıbxanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayırdı. Belə xəbərlər var ki, o da Türkiyədə qalmaq və "Lənkəranski”nin obyektlərinə nəzarət etmək istəyindədir. Bu obyektlər uğrunda mübarizə tərəflərindən hər hansı birinə yaxın olmaq isə indi olduqca təhlükəlidir...



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi