"S-125" raketləri işə düşdü, hədəflər məhv edildi - Zakir Həsənovdan ƏMR(FOTOLAR)

img

23-12-2016 [19:45]


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Müdafiə Nazirliyinin 2016-cı il üçün döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının döyüşə hazırolma səviyyəsinin yoxlanılması davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən mia.az-a verilən məlumata görə, qoşunların kompleks hazırlığı çərçivəsində modernizə edilmiş bir neçə "S-125" zenit-raket qurğularından növbəti döyüş atışları icra edilib. Komplekslərdən atılan səmərəli atışlar nəticəsində bütün hədəflər aşkar edilərək məhv edilib.

Təlimdə hava məkanını pozan şərti düşmənin aşkarlanaraq onun haqqında informasiyanın döyüşü idarəetmə məntəqəsinə çatdırılması və real atəş zərbələri ilə hədəflərin dərhal məhv edilməsi tapşırığı uğurla yerinə yetirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən döyüş hazırlığı təlimlərində iştirak edən şəxsi heyətin praktiki vərdişləri və atışlarının nəticələri yüksək qiymətləndirilib.

Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş atışlı təlimləri davam edir - FOTO

Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş atışlı təlimləri davam edir - FOTO

Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş atışlı təlimləri davam edir - FOTO

Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş atışlı təlimləri davam edir - FOTO


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA