“Mənim oğlum necə belə edə bilər?” - Səfiri öldürən polisin anası (VİDEO)

img

20-12-2016 [21:12]


Rusiya səfiri Andrey Karlovun Ankarada öldürülməsindən sonra qatil, polis əməkdaşı Mevlüt Mert Altıntaşın ətrafı və ailəsi araşdrılmağa başlanılıb.
 
Qonşuları və ailəsini tanıyanlar dindirilib. Dindirilmə zamanı hər kəs birmənalı olaraq bildirib ki, Mert Altıntaşın normal ailəsi olub. Lakin qatilin özü çox qapalı və ünsiyyətcil olmadığı deyilir.
 
Qonşularının sözlərinə görə, Mert Altıntaşın anası hadisə barədə eşidən zaman şoka girib:
 
"Mənim oğlum necə belə edə bilər?”, - deyə qadın ilk öncə deyilənlərə inanmayıb.
 
Bundan başqa, qatilin məzun olduğu polis məktəbi, bir yerdə təhsil aldığı şəxslər, çevrəsi, tanışları bir-bir müəyyən edilərək dindirilir.



Ölkə.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA