“Hər kəs cəzasını alacaq” – Lavrovla Çavuşoğlu bir araya gəldi (FOTOLAR)

img

20-12-2016 [16:07]


Türkiyədə rus səfirinin öldürülməsindən sonra hər iki ölkənin Xarici işlər naziri Rusiyada görüşüb.

Sergey Lavrov və həmkarı Mövlud Çavuşoğlu səfir Andrey Karlovun ölümünün hər iki ölkənin münasibətini pozmağa yönəldiyini deyib. Rusiya XİN rəhbəri səfirin qətlini alçaq terror hadisəsi adlandırıb.

O, hadisəyə dərhal reaksiya verdiyinə görə Türkiyəyə minnətdar olduğunu deyib.

Həmkarı ilə söhbət zamanı Mövlud Çavuşoğlu bildirib ki, bu terror aktının törədilməsi və təşkil edilməsinin bütün təfərrüatları tezliklə aydınlaşdırılmalıdır.

O, "Andrey Karlovun ölümündə günahkar olan hər kəs cəzasını alacaq. Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçəyə səfir Andrey Karlovun adı veriləcək”, – deyib(Qafqazinfo).

Lavrov və Çavuşoğlu görüşdü -


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA