20-12-2016 [13:21]
Ankarada baş verən sui-qəsddən sonra yenidən gözlər rəsmi Moskva və Ankaraya yönəlib. Təyyarənin vurulmasından sonra iki ölkə arasında gərginlik hələ təzə-təzə aradan qalxdığı bir zamanda baş verən hadisəyə ölkə başçılarının verəcəyi qərar maraqla gözlənilirdi.
Ancaq liderlərin hardasa eyni dəqiqələrdə iki ölkə arasındakı münasibətlərin pozulmayacağını bəyan etməsi yaranmış qorxunu az da olsa aradan qaldırdı.
Bəs dünyada bununla bağlı hansı analiz və şərhlər verilib?
"Times”da "Qatil səfiri öldürdükdən sonra "bu Hələb üçündür”-deyə qışdırdı” başlığı ilə yer alan məqalədə bu cinayətin Putinlə Ərdoğan arasındakı münasibətləri yenidən pozacağı vurğulanıb:
"Sərgidə bir səfirin öldürülməsi İraqdakı vətəndaş müharibəsi, 1 milyon mühacirin Ağ dənizə köçməsi, Parisdəki qətliamla müqayisədə kiçik bir hadisə kimi görünə bilər. Ancaq bunun ciddi nəticələrinin olması gözlənilir. Əsrlərdir Qərbi Asiyada gücə sahib olmaq üçün vuruşan 3 böyük ölkə – Rusiya, Türkiyə və İran rəsmiləri bugünkü görüşündə müəyyən razılıq əldə edə və Suriyanın açdığı yaraları sağalda bilərdi. Ancaq bu, həm də ABŞ-ın Yaxın Şərqdəki nüfuzunun dramatik bir şəkildə azalması deməkdir”.
Bu dəfə yaranın sağalmasının vaxt alacağını yazan qəzet daha sonra qatilin polis olmasının vəziyyəti daha da qəlizləşdirdiyini bildirib:
"Qatilin səsləndirdiyi şüar onun ya cihadçı, ya da Gülən hərəkatının üzvü olduğuna işarə edir. ABŞ-a olan güvənsizlik iki ölkə arasındakı çatların üstünü örtə bilər, ancaq bu, o qədər də uzun çəkməz. Çünki həm Putin, həm də Ərdoğan Yaxın Şərqə güc üçün girişib və birinin sünniləri, digərinin isə şiələri dəstəkləməsi yaraların sağalmasına mane olur”.

"Guardian”da isə məsələyə tam fərqli münasibət bildirilib. Qəzetin dünya xəbərlərinin redaktoru Julian Borger hazırladığı analizdə həmkarlarından fərqli olaraq bu cinayətin Ankara ilə Moskvanı daha da yaxınlaşdıracağını bildirib.
Yazıda o da qeyd olunub ki, hər iki ölkə yaşanmış hadisənin Qərbin onları yenidən düşmən etmək üçün hazırladığı bir hiylə olduğuna inanır.
İngiltərə mediasında yer alan başqa bir analizin sonluğunda qeyd olunur: "Türkiyə bir müddətdir ki, çox radikal bir yöndə irəliləyir və dünyanın ən çox jurnalist həbs edən ölkəsi halına gəlib. Bu son yaşanan hadisələr də radikallığı bir az da artıracaq, qeyri-sabitlik sürətlənəcək, NATO-nu narahat edəcək və ən əsası Türkiyə ilə Avropa İttifaqı arasındakı uçurumu daha da artıracaq”.
Ankarada yaşanan hadisə alman mediasında da böyük müzakirələrə səbəb olub. "Spiegel Online” sui-qəsdin yay aylarından bəri düzəlməyə başlayan Türkiyə və Rusiya arasındakı münasibətləri korlaya biləcəyini yazıb.
Məqalədə son bir ayda Rusiya və İran səfirliklərinin qarşısında xeyli sayda aksiyaların keçirildiyi də vurğulanıb.
"Landeszeitung” qəzetində hadisəyə şərh verilən zaman əsas olaraq bu fikirlər qabardılıb:
"Hadisənin zamanı Rusiya və Türkiyə arasındakı münasibətləri çətinliyə salmağı məqsədləyib. Tarixdə bu kimi sui-qəsdlərin müharibələrə səbəb olduğunu az görməmişik. Türkiyə NATO üzvüdür və Rusiya Qərb bloku tərəfindən getdikcə sıxışdırıldığına inanır. Hadisənin içərisindəki bütün ölkə başçıları gərginliyi azaltmağa çalışmalıdır”.
Son olaraq alman mediasında Türkiyədə təhlükəsizlik tədbirlərinin getdikcə kontrol edilə bilmədiyi vurğulanıb. Qəzetlər onu da yazır ki, Ərdoğan hər dəfə intiqam alacağını xüsusi qeyd etsə də, bir səfiri belə qorumaq iqtidarında deyil.
Qafqazinfo
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb