Dünyanın ən çox maaş alan milyonçu məşqçiləri - SİYAHI

img

17-12-2016 [01:01]


Fransanın məşhur "L'Equipe” nəşri Avropada ən çox maaş alan 10 məşqçinin adını dərc edib.

APA-nın məlumatına görə, məşqçilərin aylıq maaşları göstərilən siyahıya "Yuventus”un baş məşqçisi Massimiliano Alleqri düşməyib.

Aylıq məvacibi 415 min avro olan Alleqri yalnız 11-ci yeri tuta bilib. Ondan sonra gələn Dortmund "Borussiya”sının çalışdırıcısı Tomas Tuxelin qazancı 340 min avrodur.

"Köhnə dünya”da ən çox maaş alan məşqçi isə "Barselona”lı Luis Enrikedi. İspaniyalı mütəxəssisin aylıq qazancı 1 milyon 560 min avrodu. Bu isə o deməkdi ki, Enrikenin illik maaşı 18 milyon 720 min avro təşkil edir. Siyahıda onu müvafiq olaraq Pep Qvardiola və Joze Mourinyo izləyirlər. Aylıq maaşı 1 milyona çatan sonuncu məşqçi isə Karlo Ançelottidi.

Ən çox maaş alan məşqçilər:

1. Luis Enrike ("Barselona”) – 1 milyon 560 min avro

2. Pep Qvardiola ("Mançester Siti”) – 1 milyon 480 min

3. Joze Mourinyo ("Mançester Yunayted”) – 1 milyon 360 min

4. Karlo Ançelotti ("Bavariya”) – 1 milyon

5. Arsen Venger ("Arsenal”) – 820 min

6. Dieqo Simeone ("Atletiko”) – 770 min

7. Yurgen Klopp ("Liverpul”) – 692 min

8. Antonio Konte ("Çelsi”) – 641 min

9. Zinəddin Zidan ("Real”) – 449 min

10. Unay Emeri (PSJ) – 420 min

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA