Siqaret niyə baha satılır? – Nazirlik reydə başlayır

img

14-12-2016 [15:58]


Azərbaycanda bir sıra siqaretlərin qiymətində kəskin ucuzlaşma barədə məlumat vermişdik.

Yeni qərara əsasən, qiyməti 2 manatdan baha olan bütün siqaretlər 50 qəpik ucuzlaşıb. Buna baxmayaraq, paytaxtın əksər supermarketlərində sözügedən siqaretlər əvvəlki qiymətə satılır.

Müxbirimizin araşdırması zaman məlum olub ki, əksər mağazalar bu qərara əməl etməməsinin səbəbi kimi siqaretləri "köhnə qiymətə” aldıqlarını, yeni partiyanın hələ gəlmədiyini göstərirlər.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Axar.az-a verilən açıqlamada faktla bağlı araşdırma aparılacağı bildirildi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA