"Qarabağ"la "Fiorentina"nın oynayacağı stadionu qar basıb - Təmizlik (FOTOLAR)

img

08-12-2016 [16:18]


Avropa Liqasının qrup mərhələsinin son turunda bu gün Bakıda "Qarabağ"la İtaliya "Fiorentina"sı arasında keçiriləcək qarşılaşma hava şəraiti ilə əlaqədar təxirə salınmayacaq.

 Bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

N.İbrahimun sözlərinə görə, oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyündə qardan təmizlənmə işləri aparılır: "Oyunun təxirə salınmasından söhbət gedə bilməz. Hazırda arenanın ot örtüyünün təmizlənməsi prosesi gedir və yekunlaşmaq üzrədir. Tezliklə bu iş başa çatacaq. Bundan sonra hava şəraiti nəzərə alınaraq, oyundan əvvəl yenə təmizlənmə işləri aparılacaq. Ot örtüyünün vəziyyəti yaxşıdır. Sadəcə örtük bir az yumşalacaq. Bu da böyük problem deyil. Nəzərə almaq lazımdır ki, sonuncu turdur və oyunlar eyni saatda başlayır. Əgər hakimlər qərar verərsə, o halda oyun keçirilməyə bilər. İndiki vəziyyətdə isə oyunun keçirilməsi qənaətbəxş sayılır".

Qeyd edək ki, "Qarabağ" - "Fiorentina" matçı saat 20:00-da başlayacaq.






Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA