Zakir Həsənovdan Sərkisyana təpki - Yanaşı durmaqdan belə imtina etdi(FOTO)

img

01-12-2016 [19:53]


Moskvada MDB müdafiə nazirlərinin toplantısının yekununda nazirlər birgə foto çəkdiriblər.

Azərbaycan müdafiə naziri Zakir Həsənov Ermənistanın müdafiə naziri Vigen Sərkisyanla yanaşı durmaqdan imtina edib və bacardığı qədər onu özündən aralayıb. Belə ki, protokola görə hər ölkənin müdafiə naziri öz ölkəsinin bayrağı qarşısında dayanmalı idi. Əlifba qaydasına görə Azərbaycan və Ermənistan bayraqları yanaşı qoyulub, nəticədə Zakir Həsənov da istər-istəməz Vigen Sərkisyanla yanaşı dayanıb foto çəkdirməliydi. Lakin Zakir Həsənov Sərkisyandan uzaq durmaq üçün MDB-nin icraiyyə komitəsinin sədri Sergey Lebedevi kənara sıxışdırıb və nəticədə MDB bayrağı ilə Azərbaycan bayrağı arasında dayanıb, eyni zamanda Sərkisyandan aralanıb.

Erməni mənbələri bildirir ki, bundan əvvəlki toplantılarda da Azərbaycan müdafiə naziri keçmiş nazir Seyran Ohanyandan və Ermənistan bayrağından mümkün qədər aralı durmağa çalışıb.

Virtualaz.org


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA