“Qarabağ” qələbəyə qalıb gəldi - Oyunda 3 qol, bir qırmızı kart

img

29-11-2016 [21:29]


Bu gün Topaz Premyer Liqasında XIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə 1 görüş keçirilib.
 
Turun mərkəzi qarşılaşmasında "Qarabağ” "Qəbələ”ni qəbul edib. Görüşdə ilk hissə qolsuz başa çatıb.
 
İkinci hissədə Filip Ozobiç fərqlənərək qonaqları hesabda önə çıxardıb. Ancaq Roman Qriqorçukun yetirmələri üstünlüyünü qoruya bilməyiblər.
 
Matçın 87-ci dəqiqəsinə hakim Rəhim Həsənov qonaqların qapısına şübhəli penalti təyin edib. Belə ki, top Stankoviçin üzünə dəysə də, referi bunu penalti kimi dəyərləndirib. Almeyda isə ona təqdim olunmuş bu şansı boşa verməyib.
 
Oyuna əlavə olunmuş dördüncü dəqiqədə isə Almeyda Filip Ozobiçi başla vurduğu üçün meydandan qovuldu.
 
Bundan bir dəqiqə sonra isə Əfran İsmayılovun sağ cinahdan ötürməsini Dino Ndlovu qola çevirib.
 
Beləliklə, oyun "Qarabağ”ın qələbəsi ilə başa çatıb - 2:1

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA