"Kəpəz" Neftçi"nin rəhbərliyinə niyə şərait yaratmayıb? - Bəyanat

img

28-11-2016 [17:42]


Gəncədə yerli "Kəpəz" komandasına 2- 0 uduzan "Neftçi" klubunun rəhbərliyi bu gün sərt bəyanat yayıb.

Mia.az xəbər verir ki, bəyanatda dünən Gəncə şəhər stadionunda keçirilən "Kəpəz” – "Neftçi” matçında xoşagəlməz hal baş verdiyi bildirilib:

"Oyunun ilk hissəsinin əvvəlində "Neftçi” PFK-nın rəsmiləri, eləcə də futbolçuları VİP-lojadan kənarlaşdırılmışdır.

Bildiririk ki, "Kəpəz” PFK tərəfindən çempionatın əsasnamə şərtləri və iki klub arasındakı rəsmi razılaşma sənədinin bəndləri kobud şəkildə pozulmuşdur.

2016/17-ci il futbol mövsümündə Azərbaycan Premyer Liqası və 1-ci divizion klubları üçün Azərbaycan çempionatının və Azərbaycan kuboku uğrunda yarışların əsasnaməsini ("Yarışların yeri” bəndi) rəhbər tutaraq bildiririk ki, meydan sahibi klub aşağıda sadalanan şərtləri təmin etməyə borcludur:

Komandanın oyunçuları üçün kifayət qədər rahat mebel (stul, stol, massaj çarpayısı, asılqan, güzgü, tibb kuşetkası və s.), futbol meydançasının maketi, isti suyu olan duşlarla təchiz olunmuş paltardəyişmə otağı;

Komandaların rəhbərləri və oyunçular üçün yerlər;

Bununla yanaşı, "Neftçi” PFK 24.11.2016-cı il tarixdə "Kəpəz” PFK-ya məktub ünvanlayaraq, klub rəhbərliyi üçün SKY BOX və VİP sektorlarda 25 yerin ayrılmasını istəmişdir. "Kəpəz” PFK tərəfindən 25.11.2016-cı il tarixində klubumuza cavab məktubu ünvanlanmış və "Neftçi” PFK üçün SKY BOX və VİP sektorlarda yerlərin ayrılacağı bildirilmişdir (hər iki məktub bəyanata əlavə edilib).

"Neftçi” PFK olaraq gələcək oyunlarda oxşar halların yaşanmaması üçün zəruri addımların atılmasını tələb edirik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA