22-11-2016 [14:40]
Xuliqanlıq və qanunsuz silah saxlamaqda ittiham olunan Balakən rayon sakinləri Vüqar Bodurov və Ruslan Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mia.az teleqraf.com-a istinadən xəbər verir ki, Vüqar Bodurov əvvəllər törətdiyi xuliqanlıq cinayətinə görə Balakən rayon Məhkəməsinin 27 dekabr 2007-ci il tarixli hökmü ilə 3 il 6 ay azadlıqdan məhrum edilib. Həmin məhkəmənin 7 iyun 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının iyirmi faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum olunub.
Onlar cinayətkar hərəkətlərini Zaqatala rayonu ərazisində davam etdirmək barədə razılığa gəliblər. Bu məqsədlə münasibətdə olduqları Ömər Orucov və digərlərini görüşə dəvət edərək birlikdə "hərəkət" etmək barədə razılığa gəliblər. Silah qismində özlərilə lüləsi və qundağı kəsilmiş ov tüfəngi də götürüblər.
Onlar Zaqatalaya gələrkən magistral yolda xuliqanlıq hərəkətlərini davam etdiriblər. Ruslan Muradov idarə etdiyi "KİA Sorento” markalı 90 MC 112 nömrə nişanlı avtomobili bir neçə dəfə qəsdən sürətlə idarə edərək Samir Osmanovla birlikdə olan şəxslərin əyləşdiyi Zaur Telliyevin idarə etdiyi "VAZ 2105” markalı 90 KG 465 nömrə nişanlı avtomobilin hərəkətinə mane olmaq məqsədi ilə üzərinə sürüb və həmin avtomobilin arxa hissəsini vurub.
"Rövşən Lənkəranski”nin tərəfdarı sayılan Vüqar Bodurov Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), Ruslan Muradov isə Cinayət Məcəlləsinin 221.3, 228.2.1, 228.1, 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) və 305-ci (azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma) maddələri ilə ittiham ediliblər.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Vüqar Bodurov 8 il, Ruslan Muradov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Osmanov və Vüqar Layıcov ömürlük, Sabir Osmanov 15 il 4 ay, Pərviz Qarayev 15 il, Röyal Saramanov isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Həmçinin Baş Prokurorluqda apelyasiya protesti verərək, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Tərəflərin şikayətləri baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.
Məhkəmə sonda prokurorluğun protestini təmin etməyib. Amma təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri ilə bağlı hissədə dəyişiklik edilib. Məhkəmə Pərviz Qarayevə aid hissədə hökmü dəyişib. Pərviz Qarayevin 5 il həbsxana rejimində cəza çəkməsi ilə bağlı qərarı ləğv edilib. Onun barəsində təyin edilmiş 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasının əvvəldən-axıradək ciddi rejimli cəza çəkmə müəssisində çəkməsi barədə qərar qəbul edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi