22-11-2016 [12:38]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
APA-nın xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib.
R. Əhmədov elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.
Sonra zərərçəkmiş Çingiz Baxşıyev ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslə uzaq qohumudur və R. Əhmədov onun yanında müfəttiş vəzifəsində işləyib: "Qohum olduğumuz üçün mən hər şeyi ona etibar etmişəm. 12 il bir yerdə işləmişik. 2015-ci ilin axırlarında mən yoldaşımla müalicəyə gedirdim. Gedəndə qızıllarımızı Rövşən Əhmədova etibar etdim. Qızılları bankalara yığdıq, üstünə də içində nə olduğunu yazdıq. Rövşənə dedim ki, biz gedib gələnə kimi bunu saxla, gələndən sonra götürərik. O məni arxayın elədi. Yoldaşım dedi ki, Rövşən, biz ömür boyu nə yığmışıqsa, hamısı burdadı, bunu yaxşı saxla. Orada təxminən 6-7 kiloqram qızıl vardı".
Ç. Baxşıyevin sözlərinə görə, R. Əhmədov onun həyatına qəsd etmək istəyib:
"Bu ilin fevral ayında Rövşən Əhmədov bayraq meydanında mənimlə gəzirdi. Onun əlində su vardı, sonra o suyu mənə təklif etdi və mən də içdim. Sonra səhər yuxudan duranda, halım pisləşdi. Məni xəstəxanaya apardılar, mədəm qan içindəydi. Uzun müalicədən sonra halım düzəlmədi, məni təcili Avstriyaya apardılar. İki həftə orda qaldım, amma bir şey tapa bilmədilər. Mədəmdə iki litr qan vardı. Rövşən mənə dedi ki, qızılları hara qoyum? Mən də dedim ki, qızılları qızım Fatmaya ver. Qızım isə mənə dedi ki, qızılların üstündən götürülüb. Çünki qızıllar ona veriləndə, 6-7 kiloqram idi. Mən qayıdanda, qızım mənə dedi ki, qızıllar çox yüngüldür. Mən baxdım, orada 300-400 qram qızıl qalmışdı. Sonra Rövşənə zəng elədim ki, bizə gəl. Rövşənin yanında bağlamanı göstərib dedim ki, burda heç nə yoxdur. İkinci qab bomboş idi. Soruşdum ki, qızıllar haradadı?
Rövşən qışqırmağa başladı. Sonra ona zəng etdim, telefona cavab vermədi. Sonradan dedi ki, məndə qızıl yoxdur. Belə olan halda mən şikayət etdim və Rövşəni saxladılar. Müstəntiqə deyirdi ki, məni buraxın, qızılları gətirim. Bundan sonra Rövşənin vəkili vasitəsilə mətbuatda əleyhimə böhtan kampaniyası başladı. Mənə hər tərəfdən təzyiq başladı".
Sonra Ç. Baxşıyev prokuror və vəkilin suallarını cavablandırıb.
Proses dekabrın 1-də davam etdiriləcək.
Qeyd edək ki, R. Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluqda ittiham edilir. İttihama görə o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi