Oyunlara ciddi nəzərət olunacaq - AFFA-da qərar

img

18-11-2016 [12:26]


AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiya nəticəsi şübhə doğuran oyunlarla əlaqədar araşdırmalarını davam etdirir.

Mia.az AFFA-ya istinadən xəbər verir ki, komissiyanın qərarına əsasən I divizion komandaları arasında bu gün keçiriləcək oyunlara nəzarət daha da gücləndiriləcək.

Belə ki, bu məqsədlə hakimlər komandalara da ciddi tapşırıqlar verəcək. Oyundan əvvəl hakimlər məşqçilər və futbolçularla görüşərək komissiyanın tapşırıqlarını onların nəzərinə çatdıracaq. Komissiya tərəfindən bu istiqamətdə aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA