"Pulum var ki, gedim kazinoda oturum?!" - Sabiq deputat danışdı (VİDEO)

img

18-11-2016 [12:21]


Keçmiş deputat Fərhad Qəribov Tiflisdə kazinoda 270 min dollar uduzması ilə bağlı barəsində yayılan videokadrlara münasibət bildirib.

F. Qəribov "Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, yayılan məlumatların hamısı boş və yalan sözlərdən ibarətdir: "Mən "pensioner” adamam. Mənim pulum var ki, gedim kazinoda oturum?! Videoya da yaxşı baxın. Görün mənəm o videoda?

Mən heç o videonu görməmişəm, görməyəcəm və maraqlanmayacam da. Cəhənnəmə olsun... Sizlik deyil e, bilirəm. Onu edən əclaflar var. Məni neçə ildir ki, tanıyırlar. Birinci dəfədir ki, haqqımda boş yazılar gedir. Məhkəməyə filan da verməyəcəm. Getsinlər, nə bilirlər etsinlər. Məhkəməyə verəndə guya nə olacaq ki? İndi sözdür, danışırlar, cəhənnəmə danışsınlar”.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA