15-11-2016 [19:41]
Bu gün İqtisadiyyat naziri Şahin Mustafayev Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Zanqla görüşüb.
Mia.az İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və AİB əməkdaşlığının genişləndirilməsi perspektivləri, bankın dəstəyi ilə həyata keçirilən layihələrin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nazir Şahin Mustafayev Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığa önəm verdiyini, bankın ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasına maliyyə dəstəyi göstərdiyini qeyd edib. Bildirilib ki, indiyədək AİB tərəfindən ölkəmizdə həyata keçirilən müxtəlif layihələrə 2,8 mlrd. dollar kredit ayrılıb. Azərbaycan AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramında da fəal iştirak edir. 2008-ci və 2011-ci illərdə CAREC-in Nazirlər Konfransının, 2015-ci ilin mayında AİB-in Müdirlər Şurasının 48-ci İllik Toplantısının Bakıda keçirilməsi uğurlu əməkdaşlığımızın göstəriciləridir.
Azərbaycanda həyata keçirilən iri enerji və infrastruktur layihələrindən danışan Şahin Mustafayev Xəzərdə Dəniz Limanının tikintisi layihəsi üzrə I mərhələnin yekunlaşdığını, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və ölkəmizdə azad ticarət rejimli xüsusi iqtisadi zonanın yaradılması istiqamətində işlərin davam etdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, AİB-lə infrastruktur layihələrinin icrası istiqamətində əməkdaşlıq davam etdirilə bilər. Bu istiqamətdə həmçinin xüsusi iqtisadi zonalara, xüsusilə Ələt azad ticarət rejimli xüsusi iqtisadi zonasında və sənaye parklarında birgə layihələr həyata keçirilmişi mümkündür.
Azərbaycan Prezidentinin islahatlar paketi çərçivəsində ökəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Şahin Mustafayev bankın özəl sektora maliyyə dəstəyi göstərməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, AİB-in kiçik və orta sahibkarlarla işləyən kredit ittifaqları ilə əməkdaşlığının genişləndirilməsi və özəl sektora ayrılan kreditlərin həcmini artırılması önəmlidir. Həmçinin qeyd olunub ki, AİB real sektora birbaşa kredit xətləri açmaqla bərabər, şirkətlərin səhm kapitalında payçı kimi iştirak edə, kənd təsərrüfatı sahəsində aqrobiznes layihələrində dövlət-özəl-bank əməkdaşlığı formatında layihələrə qoşula bilər. Nazir Şahin Mustafayev iqtisadiyyatın digər sahələrində də AİB-lə əməkdaşlıq perspektivləri barədə fikirlərini bildirib.
Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Zanq bankın Azərbaycanla 1999-cu ildən uğurlu əməkdaşlıq etdiyini qeyd edərək, AİB-in növbəti 3 il üçün prioritetləri barədə məlumat verib. Azərbaycan-AİB əlaqələrinin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşən Vençay Zanq infrastruktur, enerji, göllərin təmizlənməsi, xüsusi iqtisadi zonaların yaradılması və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi