AFFA-da iclas - Klub və futbolçulara cəzalar yağdırıldı

img

15-11-2016 [14:42]


AFFA İntizam Komitəsinin iclası keçirilib.

Mia.az AFFA-ya istinadən xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Birinci divizionun 11-ci turunun "Səbail” - "Zaqatala” matçında "Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun "Ağsu” - "Rəvan” matçının 77-ci dəqiqəsində "Rəvan”nın futbolçusu Zahid Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun MOİK - "Turan Tovuz” matçının 73-cü dəqiqəsində MOİK-in futbolçusu Orxan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Oyunun 3-cü dəqiqəsində "Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun "Qaradağ Lökbatan” - "Mil-Muğan” matçının 82-ci dəqiqəsində "Mil-Muğan”ın futbolçusu Ramazan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Oyunun 40-cı dəqiqəsində "Qaradağ Lökbatan” klubunun baş məşqçisi Azər Bağırov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 80 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun "Göyəzən” - "Bakılı” matçında "Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun "Şərurspor” - "Şahdağ” matçının 90+2-ci dəqiqəsində "Şahdağ”ın futbolçusu Ramil Mansurov və "Şərurspor”un futbolçusu Musa Rəhimov bir-birilərini təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb, klublar 160 manat cərimə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA