14-11-2016 [14:19]
ATV telekanalı Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verilişinin pərdəarxası məqamları ilə bağlı açıqlama yayıb.
Mia.az "Azad Azərbaycan” Teleradio Yayım Kompaniyasının rəsmi yaydığı həmin açıqlamanı olduğu kimi təqdim edir:
"Azad Azərbaycan” Teleradio Yayım Kompaniyası hər zaman ictimai və dövlət maraqlarını üstün tutan yayım siyasəti yürüdüb və bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.
İctimaiyyəti məlumatlandırmaq üçün nəzərinizə çatdırırıq ki, 2014-cü ilin aprel ayından etibarən ATV kanalında yayımı dayandırılan və heyəti kanaldan qalmaqallı şəkildə ayrılan "Səni axtarıram” verlişi ətrafında ortaya çıxan növbəti qalmaqalda "Azad Azərbaycan” Teleradio Yayım Kompaniyasının heç bir rolu yoxdur. Bu hadisə növbəti dəfə şirkətin imicinə yönələn qərəzli qaralama kampaniyasından başqa bir şey deyil.
Bunu nəzərə alaraq bəzi məqamları yenidən xatırlatmaq məcburiyyətindəyik.
Qeyd edək ki, adı çəkilən verlişin yayımının dayandırılma səbəbi məhz müəyyən müəmmalı məqamların ATV rəhbərliyi tərəfindən dəfələrlə hiss edilməsi olub. Bu qüsurlarla bağlı verilişin aparıcısına və yaradıcı heyətə dəfələrlə xəbərdarlıq edilib. Bütün bunlara baxmayaraq, yaradıcılıq prosesindəki nöqsanların getdikcə çoxaldığı, həmçinin konkret saxtakarlıqların olduğu dəqiqləşdirildikdən sonra verilişin yayımının dayandırılmasına qərar verilib.
Daha sonra verlişin hazırlanmasında iştirak edən bütün heyət kanaldan xaric edilib. Xoşqədəm Hidayətqızı mətbuatda ATV-ni ittiham edən böhtanlarlarla çıxış etdikdə isə kanal rəhbərliyi verlişin bağlanmasının əsl səbəbləri ilə bağlı materialları müvafiq dövlət qrumlarına və həmçinin konkret yetkili şəxslərə təqdim edib.
Həmin materialların içərisində hal-hazırda yayılan kadrarxası görüntülər də olub.
Bütün bunları nəzərə alaraq, ictimayyətin diqqətinə çatdırırıq ki, tamaşaçının aldadılması üzərində qurulan bu verlişin yayımlanmasında maraqlı olmayan ATV kanalı, sözügedən verlişin ən reytinqli vaxtında verlişin yayımını radikal qərarlarla dayandırdı və daha sonra da bərpa etmədi.
Bununla da icitimayyətin aldadılması üzərində qurulan layihələri yayımlamaqla reytinq qazanmaqda maraqlı olmadığını ortaya qoydu. Əks halda adıçəkilən veriliş hazırda ATV kanalında yayımını davam etdirərdi.
Bir məqamı da qeyd edək ki, 2014-cü ildən ATV-də yayımlanmayan "Səni Axtarıram” verlişinə rəhbərlik edən şəxslər də o tarixdən etibarən ATV-dən kənarlaşdırılıblar.
Səbəb də məhz indi ortaya çıxan xoş olmayan məqamlardır. Bir məqamıda vurğulasaq tam yerinə düşər. ATV kanalının hər zaman bir siması olub. Heç bir siyasi intriqlarda iştirak etməyib.
Ən əsası isə bəziləri kimi siyasi əqidəsizliyi özünə həyat tərzi seçməyib. Heç vaxt bir budaqdan digərinə tullanmayıb. Və bundan sonra da öz dəyərlərinə sadiq qalmaqda qərarlıdır, istənilən provakasiya və sabotajlara baxmayaraq”.
Mia.az
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat