13-11-2016 [10:11]
Zorlamada təqsirli bilinən Şabran rayon sakini, 1981-ci il təvəllüdlü Rövşən Əliməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mia.az Teleqraf.com-a istinadən xəbər verir ki, Rövşən Əliməmmədov istintaqla müəyyən edilməyən mənbədən özünə ictimai iaşə obyektində münasib iş axtaran, əvvəllər tanımadığı Sevda Babayevanın (ad və soyad şərti verilib) mobil nömrəsini əldə edib. O, özünün istifadəsində olan mobil nömrə vasitəsi ilə 2014-cü ilin yanvar ayının əvvəllərində Sevda Babayeva ilə əlaqə yaradıb.
Rövşən Əliməmmədov Sevda Babayevaya SMS göndərmək və telefon danışığı aparmaqla işlədiyi kafeyə təcili qabyuyan tələb olunduğunu bildirib.
O, 2014-cü ilin yanvarın 16-da, təxminən saat 17.00-da qabyuyan kimi işə düzəltmək adı ilə aldadaraq Sevda Babayevanı özünün gözətçi işlədiyi Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən "Narzan” restoranına çağırıb. Rövşən Əliməmmədov restoranın yaxınlığında Sevda Babayevanı qarşılayıb və həmin restorana gətirib. O, guya işin şərtlərini razılaşdırmaq üçün Sevda Babayevanı gözətçi otağına dəvət edib.
Daha sonra Rövşən Əliməmmədov orada tək spirtli içki qəbul edib, sonra Sevda Babayevaya onunla cinsi əlaqədə olmağı təklif edib.
Amma Sevda Babayeva onun təklifinə etirazını bildirib. Bu zaman Rövşən Əliməmmədov gözətçi otağının qapısını içəridən bağlayıb və kafenin mətbəxindən götürdüyü bıçaqla Sevda Babayevanı hədələyib. Rövşən Əliməmmədov cinsi əlaqədə olmaq barədə tələbi ilə razı olmayacağı təqdirdə Sevda Babayevanı öldürəcəyini bildirib.
Sonra Rövşən Əliməmmədov Sevda Babayevaya qarşı zor tətbiq edib, cinsi əlaqədə olmaq niyyətini həyata keçirmək üçün saçından tutaraq dartıb. O, kafenin həyətindən götürdüyü "bel” sapı ilə Sevda Babayevanın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Rövşən Əliməmmədov bu hərəkətləri ilə Sevda Babayevaya çoxsaylı bədən xəsarətləri yetirib və daha sonra müqavimətini sındıraraq, onunla cinsi əlaqədə olub. Təcavüzə məruz qalan Sevda Babayeva hüquq-mühafizə orqanlarına müraciət edib. Onun müraciəti əsasında Rövşən Əliməmmədov həbs edilib.
Rövşən Əliməmmədov Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Əliməmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Rövşən Əliməmmədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, yeni ədalətli hökm çıxarılmasını istəyib.
Sumqayıt Apelyasiya Məhkəməsində, hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Rövşən Əliməmmədovun kasasiya şikayəti təmin edilməyib.
Bundan sonra Rövşən Əliməmmədov kasasiya şikayəti verib. O, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, barəsində yeni ədalətli qərar qəbul edilməsini xahiş edib.
Rövşən Əliməmmədovun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Rövşən Əliməmmədovun şikayəti təmin edilməyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi