“Problem onda idi ki,.." - Prosineçkidn darmadağına münasibət

img

12-11-2016 [15:06]


"Üç qoldan sonra oyunumuzu tapa bilmədik. Buna baxmayaraq, irəli baxmalıyıq. Qarşıdakı oyunları düşünməliyik".

Bu sözləri futbol üzrə dünya çempionatının seçmə mərhələsində keçirilmiş Şimali İrlandiya–Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiyalı baş məşqçi deyib: "Problem onda idi ki, ilk 3 qolda standart vəziyyətlərdə lazımi qədər diqqətli olmadıq. İkinci hissədə öz oyunumuzu sərgiləməyə çalışdıq. Amma alınmadı. Sonda güclü komanda qalib gəldi. Bəlkə 4 qol çoxdur. Amma işimizi davam etdirməliyik. Bu rəqib gələn il Bakıya gələcək. Həmin oyun sıfırdan başlanacaq. Çalışacağıq ki, nəticə daha yaxşı olsun. 0:4 hesabı ilə uduzmağımıza baxmayaraq, top saxladıq, ötürmələr verdik. Rəqibin üstün tərəflərini bilirdik. Biz hələ 4 oyun keçirmişik, 3-ü səfərdə olub. Bu günədək gördüyümüz işlərdən razıyıq. Hələlik 4 oyundan 7 xal yığmışıq. İşimizi davam etdirəcəyik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA