11-11-2016 [15:24]
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə bir sıra KİV nümayəndələri ali mükafatlara layiq görülüb.
Sərəncama əsasən "MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin direktoru İlqar Tahir oğlu Paşazadə də 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
"MİR” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin təltif olunan əməkdaşlara ürək sözlərini bildirib:
"İlqar Tahir oğlu Paşazadə vətənpərvər, öz ölkəsini sevən, gözəl ailə başçısı vəsevimli babadır. O ötən illər ərzində "MİR” Teleradio Şirkətinin çox millətli əməkdaşlarınınhörmətini qazanmışdır. Elə bu səbəbdənteleradio şirkətinin hər bir üzvü, o cümlədən ailəsi İlqar Paşazadə ilə fəxr edir.”
"MİR” Dövlətlərarası Teleradio Şirkətinin 25 illik yubleyi ərəfəsində 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Azərbaycan Milli Nümayəndəliyinin direktoru, "Əməkdar jurnalist” İlqar Paşazadəsöyləyib ki, "MİR” telekanalının fəaliyyəti daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir:
"1993-cü ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev ölkə prezidenti seçildikdən dərhal sonra, ölkəmizin Müstəqil Dövlətlər Birliyinə daxil olması barədə qərar verdi. Beləliklə, Azərbaycan Respublikası "Mir” Dövlətlərarası Teleradio Şirkətinin həmtəsisçilərindən biri oldu. Şəxsən Heydər Əliyev Azərbaycan Milli Nümayəndəliyinin ofisinin açılış mərasimində iştirak edib. Ümummilli lider Heydər Əliyev üç dəfə Milli Nümayəndəliyə təşrif buyuraraq kollektivə dəstək olub. Ulu öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə "MİR” telekanalına ekskluziv müsahibə verib. Prezidentin göstərişinə əsasən Nazirlər Kabinetinin xüsusi əmrinə uyğun olaraq şirkətin maddi-texniki bazasının artırılması üçün əlavə vəsait ayrılmışdır. 2010-cu ildə dövlət başçısının sərəncamı ilə mənə "Əməkdar jurnalist” fəxri adı verilmişdir. 2016-cı il noyabrın 7-də isə prezident İlham Əliyev məni 3-cü dərəcəli "Vətənə Xidmətə görə” ordeni ilə təltif edib və baş mühəndis İlham Məmmədovu "Əməkdar mühəndis” fəxri adına layiq görüb. Fürsətdən istifadə edərək mənim fəaliyyətimə verdiyi yüksək qiymətə görə cənab prezident İlham Əliyevə öz adımdan, həmçinin çoxmillətli kollektiv adından minnətdarlığımı bildirirəm.”
"MİR” dövlətlərarası Teleradio Şirkətinin MDB-də, Şərqi Avropa və Baltikyanı ölkələrində yayımlandığını vurğulayan İlqar Paşazadə bununlarla bərabər "MİR” Dövlətlərarası Teleradio Şirkətinin tərkibində "MİR”, "MİR 24”, "MİR HD”, "MİR” radiostansiyası və mir24.tv xəbər portalının fəaliyyət göstərdiyini qeyd etdi:
"Qeyd edim ki, bu dövlət təltifləri bizi gələcəkdə daha da yaxşı işləməyə ruhlandıracaq və bizi MDB informasiya məkanında daha məhsuldar çalışmağa sövq edəcək.”
Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə iki nəfər "Şöhrət” , üç nəfər "3-cü dərəcəli Vətənə Xidmətə görə” ordenləri, 48 nəfər isə "Tərəqqi” medalı ilə təltif olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi