11-11-2016 [14:52]
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovla birlikdə həbs edilən Orxan Osmanovun ibtidai istintaq zamanı verdiyi ifadə məlum olub.
Orxan Osmanov özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməyib.
O, 2003-cü ildən etibarən milli təhlükəsizlik orqanlarında xidmət etdiyini, 2010-cu ilin sonlarına qədər Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat sahələrində təhlükəsizlik Baş idarəsinin 3-cü idarənin 1-ci şöbəsində əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili, 2011-ci ildən 24 oktyabr 2015-ci il tarixədək həmin idarənin 1-ci şöbəsinin rəis müavini vəzifəsində işlədiyini söyləyib.
Bildirib ki, 2013-cü ildə 6-cı Baş idarənin 3-cü idarəsinin rəisi Rəsul Rəsulov və onun müavini Akif Əliyevin tapşırığı əsasında Bakı şəhərində Nizami kinoteatrının yaxınlığında qiymətli zinət və ya antik əşyanın dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən üç nəfərin müəyyən olunaraq MTN-ə gətirilməsi ilə bağlı əməliyyat keçirib. Həmin şəxslərdən birinin adı Elçin, digərinin adı isə Tofiq olub. Onlar həmin şəxsləri MTN-ə gətirib, komendaturanın ikinci mərtəbəsinə qaldırıblar. Komendaturada o, yalnız Tofiq adlı şəxslə söhbət edib. Tofiqdən nə üçün bir yerə yığışdıqlarını, onlarda hansı qiymətli əşyanın olduğunu soruşduqda Tofiq ona aqressiv cavab verərək heç nədən məlumatı olmadığını söyləyib. MTN-ə gətirilən digər vətəndaşlarla isə başqaları söhbət aparıb. Həmin şəxslərlə kim tərəfindən və hansı mövzuda söhbət aparılmasını bilməyib. Eləcə də 3-cü idarənin rəis müavini Akif Əliyev də həmin vətəndaşlarla aparılan söhbətlərdə iştirak edib. O isə yalnız Tofiqlə apardığı söhbəti Akif Əliyevə, həmçinin telefon vasitəsilə 3-cü idarənin rəisi Rəsul Rəsulova məruzə edib. Bir neçə saatdan sonra idarənin rəhbərliyindən verilmiş göstərişə əsasən həmin 3 nəfər buraxılıb.
Əhmədov Tağı Məhəmməd oğlu və onun qohumlarına qarşı qanunsuzluqlar epizodu üzrə isə O. Osmanov bildirib ki, Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun qardaşı oğlu Əhmədov Şövqü Xeyrulla oğlunu tanıyır. Şövqü Əhmədovu bir dəfə MTN-in komendaturasında görüb. MTN-in 6-cı Baş idarənin 2-ci idarənin rəisi polkovnik Rəsul Rəsulovun tapşırığı ilə həmin şəxslə keçirilən araşdırmada əməkdaşlara kömək məqsədi ilə iştirak edib. Onlar barəsində MTN-də hər hansı araşdırma materialının olub-olmamasını bilmir. Həmin araşdırmada idarə rəisi Akif Əliyevi, Tural Rzayevi və yadında qalmayan digər əməkdaşları görüb: "Araşdırmanın mahiyyəti yadımda qalmayıb. Həmin şəxslərin MTN-nə dəvət edilmə səbəblərini bilmirəm. Şövqü Əhmədovun və Elşən Tağıyevin MTN-nin komendaturasında döyülməsini görməmişəm. Özüm həmin şəxsləri döyməmişəm”.
Təxminən 1 aydan sonra Fikrət İbrahimov mənə zəng edərək görüşmək istədiyini söylədi. Hüseyn Cavid parkında Fikrətlə görüşəndə mühüm bir siyasi məsələ ilə əlaqədar onda məlumat olduğunu və məlumatı tam realizə etdikdən sonra əlavə məlumat verəcəyini söylədi. Lakin sonradan heç bir məlumat vermədi.
«Süleyman Transport» MMC-nin sahibi Fikrət İbrahimovun külli miqdarda pulunun ələ keçirilməsi epizodu üzrə təqsirləndirilən şəxs Osmanov Orxan ifadələrində və üzləşmədə dindirməsi zamanı göstərib ki, 2014-cü ilin yayında o, Fikrət İbrahimovu ya Rəsul Rəsulovun, ya da Akif Əliyevin göstərişi ilə nurçularla əlaqədar nazirliyə çağırıb komendaturada onunla söhbət aparıb. Söhbət zamanı o, Fikrət İbrahimovun təsisçisi olduğu "Süleyman Transport" MMC-nin Türkiyə Respublikası ilə, o cümlədən nurçularla əlaqələrinin olub-olmamasını soruşaraq müəssisənin təsis sənədlərini gətirməsini tapşırıb. Fikrət İbrahimov heç bir nurçu ilə əlaqəsinin olmadığını deyib, o isə bu barədə rəhbərliyə məruzə edib. Bundan sonra Akif Əliyev də komendaturaya gələrək Fikrət İbrahimova "Süleyman Transport" MMC-nin fəaliyyəti ilə əlaqədar suallar verib. Sonuncu yenə də heç bir nurçu ilə əlaqəsinin olmadığını dediyinə görə F. İbrahimovu buraxıblar.
Bir neçə gündən sonra isə MTN-in Maddi-texniki təminat idarəsinin Azər adlı əməkdaşı ona Fikrət İbrahimovun ona yaxın adam olduğunu, bu məsələ ilə bağlı onunla söhbət etmək istədiyini deyib. O da bu barədə rəhbərliyinə məruzə etdikdən sonra Azərlə Fikrət İbrahimov və sonuncunun Bəhrəm adlı dostunun iştirakı ilə nazirliyin poliklinikasının qarşısında görüşüblər. Görüş zamanı Azər yenə də Fikrətin onun yaxın adamı olmasını nəzərə almasını ondan xahiş edib. O. Osmanov görüş barədə rəhbərliyinə məruzə edib: "Təxminən 1 aydan sonra Fikrət İbrahimov mənə zəng edərək görüşmək istədiyini söylədi. Hüseyn Cavid parkında Fikrətlə görüşəndə mühüm bir siyasi məsələ ilə əlaqədar onda məlumat olduğunu və məlumatı tam realizə etdikdən sonra əlavə məlumat verəcəyini söylədi. Lakin sonradan heç bir məlumat vermədi. Mən Fikrət İbrahimovdan heç vaxt pul almamışam və istəməmişəm”.
O. Osmanov digər epizodlar üzrə bildirib ki, işlədiyi dövrdə maddi-məsul şəxs olmayıb, əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün MTN Maliyyə idarəsinin kassasından pul götürməyib.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cəfərov Aqil Adil oğlu, Budaqov İlqar Məhərrəm oğlu, Abdullayev Elşad Elman oğlu, Əliyev Vüqar Paşa oğlu, İbrahimov Emil Əli oğlu, Babayev Ramin Yaşar oğlu, Bədəlov Zakir Dilənçi oğlu, Əzizov Qurban Eyyub oğlu, Əhmədov Şövqü Xeyrulla oğlu, Tağıyev Elşən Namiq oğlu, həmçinin Əhmədov Tağı Məhəmməd oğlu ad-soyadlı şəxslərdən yalnız Əhmədov Şövqü Xeyrulla oğlunu tanıyıb. Onun telefonunun dinlənilməsindən məlumatı olmayıb. Yuxarıda adı, soyadı, ata adı qeyd olunan digər şəxsləri tanımır, onların da telefon danışıqlarının dinlənilməsindən məlumatı olmayıb.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi