10-11-2016 [16:28]
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov ABŞ-da Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezident seçilməsindən danışıb.
Mia.az sabiq deputatın Modern.az-a müsahibəsini təqdim edir:
- Elton müəllim, Donald Tramp ABŞ-ın yeni prezidenti oldu. Dünyanın siyasət meydanı məhz bu xəbərlə silkələnir. Sizin fikrinizcə, Trampın ABŞ prezidenti seçilməsinin Azərbaycan üçün əhəmiyyəti, müsbət və mənfi tərəfləri nədən ibarət ola bilər?
- Donald Trampın ABŞ prezidenti seçilməsinin yaxşı və mənfi xüsusiyyətlərini sadalamaqla tələskənliyə yol vermək istəməzdim. Ümumilikdə hesab edirəm ki, o, xalqın iradəsilə seçilən prezidentdir. Düşünürəm ki, prezidentliyi dövründə ən azı Azərbaycanla strateji əməkdaş kimi bütün sahələrdə əlaqələri davam etdirəcək. Arzu edək ki, ABŞ-ın yeni dövlət başçısının Azərbaycan prezidenti cənab İlham Əliyevlə münasibətləri yaxşı olsun ki, xalqımızın qlobal problemi olan Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində müsbət addımlar atılsın.
- Böyük çoxluq Trampın prezident seçiləcəyinə qeyri-ciddi yanaşırdı. Məhz bu baxımdan bütün proqnozları, rəy sorğularını alt-üst edən seçim sürpriz xarakteri daşıdı...
- Elə mənim üçün də Trampın prezident seçilməsi sürpriz oldu. Mən siyasi arenada daha çox nüfuzu ilə tanınmış Hillari Klintona üstünlük verirdim. Düşünürdüm ki, o seçilər. Bu, mübarizədir və mübarizədən Donald Tramp qalib çıxıb. Qalib isə heç vaxt müzakirə olunmur. Onu buraxaq Amerika xalqının öz ixtiyarına və seçiminə.
Bizə bütün hallarda cənab Prezident İlham Əliyevin təbriklərinə qoşularaq, uğurlar diləyərək Azərbaycan-Amerika münasibətlərinə gözəl inkişaf arzulamaq qalır.
- Təbrikdən söz düşmüşkən, qardaşınız oğlu Anar Məmmədov da yeni prezidenti təbrik edənlər arasında yer alıb...
- Mən düşünürəm ki, belə hala yalnız və yalnız sevinmək lazımdır. Bir neçə gün əvvəl sizə müsahibə verərkən də bildirmişdim ki, Azərbaycan gənclərinin, siyasətçilərinin, iş adamlarının belə mötəbər arenada olan insanlarla münasibətlərinin, onları yaxından tanımalarının dövlətə heç bir ziyanı yoxdur. Bu baxımdan düşünürəm ki, fərdi münasibətlər həm də dövlətçilik münasibətlərinə təsir göstərir, daha da yaxşı əlaqələr qurulur. Nəticə etibarilə xalqımız daha yüksək dividentlər qazanır. Mən belə bir addımı yüksək qiymətləndirirəm və düşünürəm ki, ölkə rəhbəri ilə yanaşı belə fərdi təbriklər ölkəmiz üçün müsbət haldır.
- Məhz bu əlaqələr fonunda Məmmədovlar və Tramp ailəsinin isti münasibətləri diqqətdən yayınmır. Elə bu səbəbdəndir ki, Donald Trampın prezident seçilməsinin Məmmədovlar ailəsinin yüksəlişi üçün zəmin yaratdığı iddiaları var. Razılaşırsınızmı bu iddialarla?
- Bizim yüksəlişimiz ölkə rəhbəri və Azərbaycan xalqı ilə bağlıdır. Mənim heç bir xarici vətəndaşlığım yoxdur ki, kiminsə haradasa seçilməsindən istifadə edim. Mən bunu belə qiymətləndirmirəm və belə də qəbul etmirəm. Allah bizi yüksəltsin, cənab prezident yüksəltsin və xalqımız da qiymət versin.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi