10-11-2016 [13:29]
Azərbaycan Mətbuat Şurası ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Mia.az bildirir ki, sənədə hazırda Tehranda səfərdə olan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və İranın Mədəniyyət və İslam İrşadı Nazirinin müavini Hüseyn Entezami imza atıblar.
10 maddədən ibarət olan memorandumu imzalamaqla tərəflər razılığa gəliblər ki, onlar ölkələrində fəaliyyət göstərən media orqanlarını əməkdaşlıq qurmağa və onu möhkəmləndirməyə, xəbərlər, şəkillər, hesabatlar və s. daxil olmaqla, öz məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirməyə təşviq edəcəklər. Sənəddə informasiya nümayəndəliklərinin fəaliyyətə başlamasına və idarə edilməsinə dəstək göstərilməsi, bunun üçün ən yüksək səviyyəli hüquqi və texniki əməkdaşlıq məsələlərininin reallaşdırılması, kütləvi informasiya vasitələrinin proqramlar, xəbərlər, müsahibələr kimi birgə media layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan tədbir və təşəbbüslərinə kömək edilməsi, qarşılıqlı jurnalist səfərlərinin təşkili və digər məsələlər əksini tapıb.
Qeyd edək ki, İran Mədəniyyət və İslam İrşadı Nazirliyinin dəvəti ilə noyabrın 5-dən 9-dək İslam Respublikasında səfərdə olan MŞ sədri Ə.Amaşov bu gün İran mətbutı və xəbər agentlikləri məhsullarının 22-ci beynəlxalq sərgisi gedişində düzənlənmiş mərasimdə çıxış edib. O, bildirib ki, Azərbaycan və İran arasında münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir. Bu münasibətlər qədim tarixə, xalqlarımız arasındakı mədəni yaxınlığa, adət-ənənə birliyinə söykənir. Azərbaycanın və İranın dövlət başçılarının görüşlərindən də bu məqam xüsusi vurğulanır. "Azərbaycan və İranın kütləvi informasiya vasitələri arasındakı əlaqələr hər zaman olub. İran və Azərbaycan jurnalistlərinin çoxsaylı qarşılıqlı səfərləri reallaşıb. Lakin biz daha geniş müstəvidə əməkdaşlıq qurmağı düşünürük. Bunun üçün kifayət qədər münbit zəmin, ən əsası möhkəm iradə var. İranın Azərbaycandakı Səfirliyi və Azərbaycan Mətbuat Şurası mövcud istiqamətdə birgə layihə reallaşdırmaqdadır. Layihə çərçivəsində İrandan Azərbaycana, Azərbaycandan isə İrana jurnalist səfərləri daha müntəzəm xarakter daşıyacaq. Eyni zamanda birgə konfrans və seminarların, sərhədyanı bölgələrdə görüşlərin, jurnalistlər arasında müxtəlif idman yarışlarının təşkilini nəzərdə tuturuq”, – deyə Ə.Amaşov vurğulayıb.
MŞ sədri çıxışında dünyada baş verən proseslərin regiona təsiri üzərində də dayanıb. O bildirib ki, mövcud şəraitdə bölgə, xüsusən də İran və Azərbaycan jurnalistləri yalnız təcrübə mübadiləsi aparmamalı, habelə regionumuzun bu gününü və sabahını nəzərdən keçirməlidirlər. "Beynəlxalq miqyasda nəhəng media korporasiyaları var. Onlar dünya düzəninə böyük təsir göstərirlər. Bir çox hallarda birtərəfli münasibət formalaşdırırlar. İran da bu münasibətlə üzləşib, Azərbaycan da. Ümumən İslam dünyasına münasibətdə ənənəvi mənfi baxış mövcuddur. İslamafobiya var. Düşünürəm ki, media olaraq bizlər bu baxışa qarşı öz düşüncəmizi, haqq səsimizi ortaya qoymalıyıq. Zaman-zaman bunu edə bilməmişik. Əlbəttə, media prinsip etibarilə siyasətdən uzaqdır. Ancaq az əvvəl də qeyd etdim ki, dünyanın nəhəng media korporasiyaları da siyasətdən uzaq olduqlarını bəyan edərək dünyanın siyasi gündəminə təsir göstərirlər.
Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedir. Ümumən İslam coğrafiyasında münaqişəli bölgələr az deyil və bu bölgələrdə ədalət prinsipinə etinasız yanaşılır. Elə isə doğruları, ədaləti təbliğ edəcəyimiz platformaya ehtiyacımız var. Mövcud istiqamətdə fikir mübadiləsi aparmalıyıq, konkret nəticələr əldə etməliyik. Hesab edirəm ki, toplantımız həm də bu baxımdan əlamətdar olacaq və gələcək səmərəli əməkdaşlığa geniş imkanlar yaradacaq”, – deyən deputat Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması ilə bağlı məqamlara toxunaraq fikrini əsaslandırıb.
Onu da qeyd edək ki, Ə.Amaşov İrana səfəri çərçivəsində bu ölkənin rəsmi şəxsləri, jurnalist təşkilatlarının nümayəndələri, media təmsilçiləri, habelə İran Parlamentinin deputatları ilə də görüşlər keçirib.
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat