08-11-2016 [15:30]
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə şahid qismində dindirilmiş bəzi MTN əməkdaşlarının ifadələri məlum olub.
Mia.az apa-ya istinadən bildirir ki, şahid qismində dindirilmiş MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 3-cü İdarəsinin sabiq rəisi Rəsulov Rəsul Mösüm oğluifadəsində göstərib ki, MTN-də 6-cı Baş idarəsinin tərkibində olan Nəqliyyat idarəsində rəis müavini işləyərkən 6-cı Baş idarənin rəisi Akif Çovdarov ona bildirib ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədova MTN-nə avtomaşın alınması ilə bağlı imkanı daxilində kömək etməsi barədə onun sözünü çatdırsın. O da Akif Çovdarovun bu sözlərini Tağı Əhmədova görüşdə çatdırıb, Tağı Əhmədov isə deyib ki, imkanı yoxdur.
Tağı Əhmədovla Hüseyn Cavid parkında cəmi bir dəfə görüşüb, həmin görüşün təşəbbüskarının onun, yaxud Tağı Əhmədov olmasını dəqiq xatırlamır. Lakin onu bilir ki, o vaxta qədər onun Tağı Əhmədovla bir neçə dəfə telefon danışıqları olub. Tağı Əhmədov işdən çıxdıqdan sonra Bakı Metropoliteni ilə əlaqədar şikayətlər barədə ona öz narahatlığını bildirib və bu telefon danışıqlarının birində onlar Hüseyn Cavid parkında görüş təyin edib görüşüblər. Həmin görüş təxminən 5-10 dəqiqə çəkib. Görüşdə Tağı Əhmədova bildirib ki, həmin şikayətlər və Bakı Metropoliteninin əməliyyat təminatı sahəsi onun rəisi olduğu idarəyə aid deyil. O, Tağı Əhmədova hər hansı köməklik göstərə bilməyəcəyini deyib və sağollaşıb. Nə öz adından, nə də Akif Çovdarovun adından Tağı Əhmədovdan heç bir məbləğdə pul istəməyib, ümumiyyətlə, hər hansı məbləğ barədə razılaşmayıb.
Həmçinin, Akif Çovdarovun Tağı Əhmədovdan və yaxınlarından hər hansı məbləğdə pul alıb-almamasından məlumatı olmayıb. Bundan başqa o, Tağı Əhmədova onun hakim işləyən oğlu Rauf Əhmədov barəsində heç nə deməyib, ümumiyyətlə, Rauf Əhmədovun MTN-in nəzarət-buraxılış məntəqəsinə gəlməsini, gəlməyəcəyi təqdirdə onun başına torba salınıb qara maskalılar vasitəsilə nazirliyə gətirdəcəyi barədə heç bir söz deməyib.
"Bildiyimə görə həmin vaxtlar əməkdaşı olduğum Baş idarənin Nəqliyyat idarəsi tərəfindən Bakı Metropolitenində müəyyən əməliyyat tədbirləri həyata keçirilib, bəzi Metropoliten işçiləri MTN-ə dəvət olunub, orada izahatları alınıb. Lakin mən heç vaxt bu məsələlərə qarışmamışam, çünki bu, mənim səlahiyyətlərim daxilində deyildi. Tağı Əhmədovla telefon danışıqlarımız onun oğlu Raufa görə narahatlığı ilə əlaqədar olub. Bundan başqa, Tağı Əhmədovla Akif Çovdarov arasında olan pul məsələsindən məlumatım olmayıb, Akif Çovdarov pulla bağlı Tağı müəllimə söz çatdırmaq barədə mənə heç bir göstəriş verməyib, Akif Çovdarovun Tağı Əhmədovdan 3.000.000 manat məbləğində pul tələb edib almasından, həmçinin Tağı Əhmədovun qardaşı oğlu Əhmədov Şövqü Xeyrulla oğlunun və Tağıyev Elşən Namiq oğlunun 11 aprel 2014-cü il tarixdə MTN-ə dəvət edilib orada qanunsuz saxlanılmaları və döyülmələrindən xəbəri olmayıb", - deyə o ifadəsində qeyd edib.
Lakin istintaq belə qənaətə gəlib ki, Rəsul Rəsulov qeyri-səmimilik nümayiş etdirib, yaxın münasibətlərdə olduğu Akif Çovdarovu müdafiə xarakterli ifadə versə də, onunla zərərçəkmiş şəxs Tağı Əhmədov arasında keçirilmiş üzləşdirmə zamanı Tağı Əhmədovun ifadəsini onun üzünə qarşı təsdiq etməsi ilə Rəsul Rəsulovun işin hallarına zidd ifadə verməsi müəyyən edilib.
Şahid qismində dindirilmişAtakişiyev Nurxan Aslan oğluisə ifadəsində göstərib ki, 2014-cü ilin mart-aprel aylarında "Land Rover Discovery" markalı nəqliyyat vasitəsini idarə edərək sürücüsü olduğu Akif Çovdarovla birlikdə Ruslan Əhmədov və Əli Əhmədovadlı şəxslərlə görüşməyib. Ümumiyyətlə, Ruslan Əhmədov (Tağı Əhmədovun oğlu) və Əli Əhmədov (Tağı Əhmədovun qardaşı oğlu) adlı şəxsləri tanımır, onlarla heç vaxt heç bir tanışlığı, ünsiyyəti olmayıb. İdarə etdiyi "Land Rover Discovery" markalı nəqliyyat vasitəsinin yük yerinə qara rəngli idman çantasında 3.000.000 manat pulun onun iştirakı ilə qoyulması, onun Əli Əhmədovla kənarda gözləməsi, Ruslan Əhmədovun "Land Rover Discovery" markalı maşına əyləşərək Akif Çovdarovla söhbət etməsini xatırlamır. Ümumiyyətlə, Akif Çovdarovla arasında həmişə "pərdə" olub, sonuncu öz işləri barədə heç vaxt onunla heç bir söhbət etməyib.
İstintaq Nurxan Atakişiyevin də ifadəsində qeyri-səmimilik nümayiş etdirdiyi qənaətinə gəlib, Akif Çovdarovu müdafiə xarakterli ifadə versə də, onunla şahid Əhmədov Əli Xeyrulla oğlu arasında keçirilmiş üzləşdirmə zamanı Əli Əhmədovun ifadəsini onun üzünə qarşı təsdiq etməsi ilə Nurxan Atakişiyevin işin hallarına zidd ifadə verdiyi ortaya çıxıb.
Şahid qismində dindirilmiş, ləğv olunmuş MTN-in Energetika və nəqliyyat sahələrində təhlükəsizlik baş idarəsinin 3-cü idarəsinin 2-ci şöbəsinin sabiq əməliyyat müvəkkili Bağırov Rüfət Zülfüqar oğluifadəsində göstərib ki, Tağı Əhmədovun qardaşı oğluŞövqü Əhmədovu MTN-in əsas girişində, komendaturada görüb. Həmin vaxt işlədiyi baş idarənin 2-ci idarəsinin rəisi Akif Əliyev ondan Şövqü Əhmədovdan izahat alınmasına köməklik göstərməsini xahiş edib. O da xidməti otağından çıxıb komendaturaya gəlib, orada Şövqü Əhmədovu görüb. Şövqü Əhmədovun yanında olan 3-cü idarənin 2-ci şöbəsinin rəis müavini Orxan Osmanovona Şövqüdən izahat almağı tapşırıb. Orxan Osmanov ona deyib ki, ümumi suallar versin, daha sonra özü əlavə suallar verəcək. Otaqda videokamera da quraşdırılıb, onun işləyib-işləmədiyini dəqiq bilməyib. Orxan Osmanov hərdən otağa daxil olub Şövqüyə suallar verib, onun sualları əsasən metrodakı ticarət obyektləri barədə olub. Özü məsələnin mahiyyətini bilmədiyi üçün sualları əsasən Orxan Osmanov, bir də metropolitenin kuratoru Tural Rzayev verib.
R.Bağırov bildirib ki, Orxan Osmanov onun yanında Şövqü Əhmədovun sifət nahiyəsinə bir neçə dəfə şillələr vurub, daha sonra otaqdan çıxıb, bir müddət sonra qayıdıb yenidən vurub. "Hətta bir dəfə Orxanı otaqdan çıxarıb, ona döymək lazım olmadığını dedim. Otaqda olmadığım müddətdə Şövqünün başqa əməkdaşlar tərəfindən döyüldüyündən xəbərim yoxdur. Yalnız Orxan Osmanovun Şövqüyə şillə vurduğunu görmüşəm. İdarə rəisi Akif Əliyev bir dəfə otağa gəlib Şövqüyə bir neçə sual verib getdi. Suallar metroda ticarət obyektlərindən yığılan pulların Tağı Əhmədov tərəfindən mənimsənilməsi barədə idi. Şövqü Əhmədov əmisinin əleyhinə ifadə vermədikdə, Orxan Osmanov ona vururdu. İzahatı alındıqdan sonra isə buraxıldı", - deyə o bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi