08-11-2016 [14:10]
Gənc ictimai fəal Samir Pənəliyev Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi "Etika və ictimai davranış mədəniyyətinin təbliği" adlı layihənin icrasına başlayıb.
Mia.az xəbər verir ki, layihə çərçivəsində ilk tədbir bu gün Bakının Xətai rayonundakı Zığ qəsəbəsində Laçın rayon 28 saylı tam orta məktəbdə baş tutub.
Layihənin rəhbəri Samir Pənəliyev Azərbaycan gənclərinin cəmiyyətdəki rolundan danışıb. Qeyd edib ki, dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan gənc nəsil hazırda cəmiyyətin avanqardına çevrilib. S.Pənəliyev bildirib ki, Azərbaycanda gənclərin potensialının üzə çıxması üçün hər cür şərait var.
"Bu isə ilk növbədə onunla bağlıdır ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir", - deyə natiq bildirib.
Layihənin eksperti, Jurnalist Araşdırmalarının Mərkəzinin sədri Seymur Verdizadə gənclərin fərdi layihələrin icrasına marağının artmasını müsbət hal kimi qiymətləndirib.
Jurnalist deyib ki, yeniyetmə və gənclərimiz aarsında ictimai davranış qaydalarının təbliğ olunması zamanın tələbidir:
"Cəmiyyət akvarium deyil. Yaşından, peşəsindən asılı olmayaraq, hər bir vətəndaş cəmiyyətin bir parçası olduğu üçün etik normalara və ictimai davranış qaydalarına əməl etməlidir. Unutmaq olmaz ki, başqasının azadlğı başladığı yerdə bizim azadlığımız bitir. Yeniyetmə və gənclərimiz cəmiyyətdə sağlam mövqe tutmaq istəyirlərsə, etik qaydalara riayət etməli, özlərinin mədəni səviyyələrini artırmağın qeydinə qalmalıdırlar".
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov məktəbliləri milli ideologiya ilə silahlanmağa, xalqımızın tarixini, ədəbiyyatını, incəsənətini dərindən öyrənməyə səsləyib.
Laçın rayon 28 saylı tam orta məktəbin direktoru Nofəl İsmayılov gənc nəslin yetişməsində pedaqoji kollektivin üzərinə düşən vəzifələrdən danışıb.
N.İsmayılov bildirib ki, etika və ictimai davranış mədəniyyəti Yeniyetmələrə hələ orta məktəb illərində aşılanmalıdır.
Direktor rəhbərlik etdiyi kollektivin bu işin öhdəsindən uğurla gəldiyini vurğulayıb.
Analoji layihələrin əhəmiyyətini yüksək qiymətləndirən N.İsmayılov vətəndaş cəmiyyəti institutları və ictimai fəallarla əməkdaşlığı bundan sonra da davam etdirəcəklərini bildirib.



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi