"Bursaspor"un forvardı Azərbaycan millisinə çağırıldı - Prosineçkidən iddialı açıqlama

img

07-11-2016 [15:12]


Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlanidya ilə qarşılaşacaq.

"Qafqazinfo" xəbər verir ki, oyundan əvvəl yığmamızın baş məşqçisi Robert Prosineçki "The Times" nəşrinə açıqlama verib:

"Heyətdə çox dəyişiklik etmədik. Rauf Əliyev zədə səbəbindən toplanışa dəvət almadı. Əvəzində isə "Bursaspor"un forvardı Dəniz Yılmaz ilk dəfə yığmaya çağırıldı. Yaxşı nəticələr əldə edəcəyimizə inanırıq. Futbolçularıma güvənirəm. Artıq Azərbaycanın sürpriz edə biləcəyinə inananlar var. Əldə etdiyimiz nəticələr təsadüfi deyil. Biz Azərbaycan millisinin futbol oynamasını istəyirik".

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində noyabrın 11-də səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA