MTN-nin xidməti evinin yerində tikilən villa satıldı - Keçmiş məmurun 80 min dollarlıq alqı-satqısı etiraz doğurdu (FOTO)

img

07-11-2016 [14:13]


Salyan Telekommunikasiya Qoşağının sabiq rəisi, keçmiş başçı Tahir Kərimovun yaxın qohumu Faiq Nəcəfov işdən çıxarıldıqdan sonra rayondakı villasını satıb.

Mia.az xəbər verir ki, bu barədə «Demokratiyaya Yardım» İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Faiq Nəcəfov rayondakı villalsını bu günllərdə 80 min dollara satıb:

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun yaxın adamı, Salyan Telekommunikasiya Qoşağının sabiq rəisi, keçmiş başçı Tahir Kərimovun "qara kassası" olaraq salyanlılara qan uddurmuş, idarə müdirlərini sələm altında indiyədək inildədən və vəzifəsindən azad olunduqdan sonra Salyandan dabanına tüpürərək qaçmış Faiq Nəcəfov villasını, nəhayət, satdı.

O, Salyan şəhərinin mərkəzində, qeyri -qanuni olaraq keçmiş MTN-nin xidməti evini sökdürərək yerində tikdirdiyi villanı 80 min dollara satdı. 

Mənə maraqlıdır, bəs deyirlər ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş işçilərinin əmlakına həbs qoyulub? Qoyulubsa, bu adam qanunsuz tikdirdiyi villasını necə satdı?".

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA